Porsche Design studiyası, bu il 75-illik yubileyini qeyd edən Porsche şirkətinə xüsusi hədiyyə hazırlayıb. Bu, Chronograph 1 – 75 Years Porsche Edition adlandırılmış yeni qol saatıdır. Xronoqraf 15 iyuldan başlayaraq satışdadır və onun tirajı 475 nüsxə ilə məhdudlaşıb. Məhdud saylı seriyadan olan xronoqrafın qiyməti 11 ABŞ dolları təşkil edir.
Chronograph 1 – 75 Years Porsche Edition xronoqrafında COSC dəqiqlik sertifikatı olan Porsche Design Werk 01.140 kalibrli mexanizmdən istifadə edilib. Bu, saatın çox dəqiq işlədiyindən xəbər verir. Saatın siferblatı “saat 9” mövqeyində olan saniyə əqrəbini, “saat 12” mövqeyində 30-dəqiqəlik sayğacı, “saat 6” mövqeyində olan 12 saatlı sayğacı, xronoqrafın qırmızı rəngli böyük əqrəbini, habelə “saat 3” mövqeyində yerləşən gün və həftə göstəricisii ehtiva edir.
Xronoqrafın arxa qapağında 75Y loqotipi və onun seriyadakı sıra nömrəsi həkk edilib. Modelin rotoru mərkəzində Porsche loqotipi olan beşqollu Fuchs təkər diskinin formasını təkrarlayır. Saatın korusunun ölçüsü 40,80 millimetr, hündürlüyü isə 14,15 millimetrdir. Xronoqrafın su keçirməzliyi 100 metr (10 bar) təşkil edir. Werk 01.140 kalibri 25 daşa malikdir və saatda 28 800 yarımtirtəyiş tezliyində işləyir. Xronoqrafın gediş ehtiyatı 48 saatdır.
Saat, mərkəz hissəsi dəridən, xarici sahəsi isə tekstildən olan qayışla çatdırılır. Qolbağ açıq-mavi tikişlərə və qırmızı zolağa malikdir. Qara tikişləri olan qara dəridən hazırlanmış qayış da təklif olunur. Xüsusi qıfıl mexanizmi qayırları asanlıqla dəyişdirməyə imkan verir.
Chronograph 1 – 75 Years Porsche Edition xronoqrafının dizaynı Mission X konseptinin ön panelindəki saniyəölçənin tərtibatını xatırladır. 2023-cü ilin iyun ayında debüt etmiş superkar da alman brendinin 75 illik yubileyinə hədiyyədir.
Yeni xronoqraf və Mission X konseptinin ön panelindəki saat, Porsche Design studiyasının 1972-ci ildə təqdim etdiyi orijinal Chronograf 1 modelindən ilham alınaraq yaradılıb. Bu xronoqraf zəmanəsi üçün çox qabaqcıl bir saat sayılırdı. Parıltıya qarşı örtüyü olan tutqun-qara siferblat korpus və qayışla ahənglik təşkil edirdi. Bu xronoqraf saniyəölçən funksiyası ilə yanaşı, gün və tarix göstəricilərinə də malik idi.
Chronograf 1 hərbiçilər arasında çox populyar idi. Alman ordusu onu 1970-ci illərdə “silahlanmaya” qəbul etmişdi, lakin qara gövdəsi və 24 saatlıq sayğac kimi cəhətlər olmadan. Xronoqraf məşhurların diqqətindən də yayınmayıb. Bu xronoqrafa üstünlük verənlərin arasında məşhur aktyor Tom Kruz (“Top Gun” filmində bu saatlardan birini taxmışdı) və yarışçı Mario Andretti də var.
Porsche Design studiyasının əsasını 1972-ci ildə, əfsanəvi 911 modelinin yaradıcısı olan Ferdinand Aleksandr Porşe qoyub. Chronograph 1 bu studiyanın ilk məhsulu olub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.