Yeni Porsche 911 GT3 RS sportkarının rəsmi təqdimatı başa çatmamış, onun ilk xüsusi versiyası işıq üzü görüb. Yeni modelin kütləvi debüt etdiyi Kaliforniyada keçirilən The Quail, A Motorsports Gathering tədbirində, alman avtomobil istehsalçısı yalnız ABŞ bazarında satılacaq eksklüziv Tribute to Carrera RS Package təchizatını təqdim edib. Xüsusi nəşr tarixi Porsche 911 Carrera RS 2.7 prototipinə həsr olunub.

1972-ci ildə təqdim edilən Porsche 911 Carrera RS 2.7 sportkarı alman brendinin əfsanəvi avtomobillərindən birinə çevrilib. Porsche şirkəti əfsanəvi sportkarın yarım əsrlik yubileyini ən yeni 911 GT3 RS kupesinin xüsusi nəşrini buraxmaqla qeyd etmək qərarına gəlib. Xüsusi nəşrin üzərində GT Model Line və Style Porsche, eləcə də Zuffenhauzen, Flaxt və Porsche America bölməsinin dizayn studiyalarının mütəxəssisləri işləyiblər.

Xüsusi nəşrdən olan sportkar ağ rəngə boyanıb, kontrastlı çalar kimi isə, Pyton Green yaşıl rəngi seçilib. Bu rəng, 1972-ci ildə debüt etmiş ilk RS sportkarının əfsanavi ağ-yaşıl rəng sxeminə işarədir. Arxa qanadın kənarlaarındakı lövhələr ağ rəngə boyanıb və yaşıl loqotiplərlə bəzədiliblər. Arxa fənərləri və əyləc işığını modelin ümumi üslubuna uyğunlaşdırmaq üçün, qırmızı rəngdən məhrum ediliblər.

Bundan əlavə, ön fənərlər nazik ağ zolaq ilə haşiyələniblər ki, bu da xüsusi nəşr üçün eksklüziv həll olacaqdır. İnteryer kuzovun rənginə uyğun olaraq işlənilib - qara dəri və alkantara rənglənməmiş karbon, ağ örtmələr, yaşıl təhlükəsizlik yarıkarkası və yaşıl sapla tikişlər, eləcə də  “qaz ləpiri”  firma naxışı olan parça ilə tamamlanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əlbəttə ki, xüsusi versiyanın loqotipləri olmadan ötüşməyib. Tribute to Carrera RS Package texniki təkmilləşdirmələri nəzərdə tutmur. Odur ki, sportkar 525 at qüvvəli 4,0-litrlik oppozit turbomühərrikini və 7-pilləli PDK “robotu” ilə hərəkətə gəlir. Sportkarın yeni modifikasiyasının qiyməti və onun satışının başlama vaxtı barədə məlumat verilməyib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.