Porsche şirkəti Macan modelinin ən güclü və sürətli variantını təqdim etmişdir. Performance dəsti ilə təchiz edilmiş Macan Turbo modeilinin 3,6-litrlik iki turbokompressorlu V6 mühərrikinin gücü 400 at qüvvəsindən 440 at qüvvəsinə, fırlanma anı isə 550 Nm-dən 600 Nm-ə qədər yüksəldilmişdir.

Mühərrik təkmilləşdirilmiş 7-pilləli PDK "robotu" ilə birgə çalışır. Macan Turbo Performance 100 km/saat sürətini 4,4 saniyəyə toplayır ki, bu da əvvəlkindən 0,4 saniyə azdır. 80 km/saatdan 120 km/saata sürətlənməyə krossover 2,9 (-0,2 saniyə) saniyə sərf edir.

Ən güclü Macan modelinin maksimal sürəti 272 km/saat (+7 km/saat) təşkil edir.

Krossover 15 mm azaldılmış klirensə, idman buraxılış sisteminə və 390 mm-lik ön əyləc mexanizmlərinə sahib olmuşdur. Bu Macan Turbo modelində olduğundan 30 mm çoxdur. Əlavə ödənişlə yana əyilmələri aktiv önləyən sistemə malik 10 mm azaldılmış klirensi olan pnevmoasqını şifariş etmək olar. Bundan başqa, Macan 21-düymlük 911 Turbo diskləri və dinamik işıqlandırmalı işıqdiodlarından olan PDLS plus sistemi ilə təchiz ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt