Porsche 718 Spyder modeli 718 xəttinin ən ekstremal modeli hesab edilir. Bununla belə, bu modeli lazımi qədər “bərkgedən” saymayanlar da mövcuddur. Belə hesab edənlər üçün Porsche Exclusive bölümü xüsusi təklif hazırlayıb. Porsche Exclusive Manufaktur bölməsinin bu işə yanaşması artıq məlumdur. Bir müddət bundan öncə təqdim edilmiş xüsusi Porsche Cayenne Coupe modeli buna əyani sübutdur.
Vizual olaraq, sportkar tündəşdirilmiş ön və arxa fənərləri, dönmə işıqları, qara rəngli qapı dəstəkləri ilə seçilir. Təkər diskləri də tünd tərtibata malikdirlər, lakin onlar parlaq qara deyil, tutqun qara rənginə boyanıblar.
Rodsterin salonu praktiki olaraq dəyişilməz qalıb – yeganə yenilik açarın dəru çexoludur. Bununla belə, Porsche Exclusive Manufaktur interyer tərtibatında istifadə edilən materialları seçməkdə yardım etməyə hazırdır.
Texniki cəhətdən tüninq olmayacaq. Ekstremal sportkar 420 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 4,0-litrlik altısilindrli atmosfer mühərriki ilə hərəkətə gəlir. 718 Spyder 100 km/saat həddinə 4,4 saniyəyə sürətlənir və 301 km/saatlıq maksimal sürət həddinə malikdir. Sportkar 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir.