Porsche 911 Targa 4 modeli alman istehsalçısının model cərgəsində ən qeyri-adi avtomobillərdən biridir. Bir neçə il bundan pncə cazibədar idman avtomobilini Almaniyada sınamaq mənə nəsib olmuşdur.
Bu günlərdə Porsche Exclusive bölümü SportDesign opsional dəsti ilə təchiz edilmiş Porsche 911 Targa 4 GTS modelini təqdim etmişdirlər.
Sportkarın kuzovu Miami Blue eksklyuziv rənginə boyanmışdır. Bundan başqa, avtomobil Porsche Exclusive kataloqundan olan çoxlu sayda aksessuarla təchiz edilmişdir. Xatırladaq ki, Porsche 911 Targa 4 GTS modeli 450 at qüvvəli, 550 Nm fırlanma anı olan 3,0-litrlik altı silindrli mühərriklə hərəkətə gəlir. Güc aqreqatı 7-pilləli mexaniki və ya robotlaşdırılmış PDK ötürmələr qutusu ilə birgə çalışır. Sportkar tam ötürməli çəkiş sistemi ilə təchiz edilir.
Avtomobil 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir və 308 km/saat maksimal sürətə malikdir.