Porsche şirkətinin xüsusi avtomobillərin yaradılması ilə məşğul olan Porsche Exclusive bölümü 911 Turbo S modelini xüsusi rəngə boyamağı təklif edir.
Bu rəngi sifariş vermək üçün nə az, nə çox, 82645 avro ödəmək gərəkdir. Bu barədə Instagram sosial şəbəkəsində ptsrs nikli istifadəçi xəbər yazıbdır. O, həmçinin, sportkarın qiyməti və əlavə avadanlığı əks etdirilmiş fotoşəkillərini də dərc edib. Sportkarın boyandığı parlaq yaşıl rəng Pithon Green Chromaflair adlanır və işıqlanmadan asılı olaraq çalarlarını dəyişir.
Bu rəng Exclusive bölməsinin təklif etdiyi xüsusi boyalardan biridir.
Bahalı rəngindən başqa, sportkar interyerin xüsusi tərtibatı, Burmester səs sistemi və əlavə avadanlıqla fərqlənir. Bütün opsiyaların məbləği 110 min avrodan çoxdur. Porsche 911 Turbo S modelinin Almaniyadakı satış qiyməti 205 min avro təşkil edir.