Standart Porsche Cayenne Coupe krossoverini bəyənməyənlər (bəli belə şəxslər də mövcuddur) üçün alman şirkətinin Porsche Exclusive bölməsi xüsusi təkmilləşdirmələr dəstini hazırlayıb. Mənim fikrimcə, əgər Porsche avtomobili alırsansa, onu şəxsən özün konfiqurasiya edib, şəxsi tələblərinə uyğun yığmalısan.
Zavod üsulu ilə tüninq əsasən stilistik dəyişikliklərdən ibarətdir – qapıların qara dekor elementləri, arxa bamperin kuzov rənginə boyanmış aşağı hissəsi, fənərlərin şəffaf elementləri və qara-gümüşü təkər diskləri. Porsche Exclusive mütəxəssisləri kross-kupenin salonunu karbonla bəzəyərək, ikirəngli dəri ilə örtürlər. Bundan başqa, qırmızı rəngli tikişlər və kəmərlər də xüsusi dəstə daxildirlər.
Təkmilləşdirmələr dəsti Cayenne Coupe modelinin bütün modifikasiyaları üçün əlçatandır. Bununla belə, Porsche Exclusive avtomobillərin fərdiləşdirilməsində heç bir məhdudiyyət tanımır. Onlar müştərinin istənilən arzusunu yerinə yetirməyə hazırdırlar.