Porsche şirkətinin Exclusive Manufaktur bölməsi Cayenne Turbo S E-Hybrid Coupe modelinin bazasında hazırladığı xüsusi krossoveri təqdim edib. Bölmə mütəxəssisləri kupe-krossun kuzovunu Quarzite Grey Metallic rənginə boyayaraq, onu 21-düymlük təkər diskləri və kuzov rənginə boyanmış təkər tağlarının genişləndiriciləri ilə təchiz ediblər.
Bundan başqa, Cayenne Turbo S E-Hybrid Coupe xrom ucluqları olan xüsusi buraxılış sistemi, sarı rəngli əyləc supportlarına və qara parlaq rəngli SportDesign tərtibat dəstinə sahib olub.
Porsche Cayenne Turbo S E-Hybrid Coupe modelinin güc qurğusunun tərkibinə 550 at qüvvəsi hasil edən 4,0-litrlik V8 mühərriki, 100 kilovatlıq elektromotor və səkkizpilləli Tiptronic S avtomatik ötürmələr qutusu daxildir. Hibrid qurğunun ümumi hasilatı 680 at qüvvəsi və 900 Nm fırlanma anı təşkil edir. Hibrid krossover 100 km/saat həddini 3,3 saniyəyə toplayır və qarışıq rejimdə 100 kilometrə 3,9 litr yanacaq sərf edir. Krossoverin maksimal sürəti 295 km/saatdır.
Elektrik ötürməsi ilə hibrid 40 kilometr yürüş edir və 135 km/saata qədər sürətlənə bilirlər. 14,1 kilovat-saatlıq litium-ion batareyası baqaj hissəinin döşəməsinin altında yerləşdirilib. 400 voltluq terminaldan batareyanı 2,5 saata, məişət elektrik şəbəkəsindən isə, 6 saata doldurmaq olar. Bu prosesə nəzarəti məlumat-əyləncə kompleksinin displeyi vasitəsi ilə həyata keçirmək olar.