Porsche markası gözlənilmədən ən etibarsız avtomobillər reytinqinə başçılıq edib. Böyük Britaniyanın genişləndirilmiş zəmanətlər verən Warrantywise firması ən çox planlaşdırılmamış təmir tələb edən markaların siyahısını hazırlayıb. Porsche markası böyük fərqlə liderlik edir, ilk onluğa isə doqquz Avropa brendi - Land Rover, Jaguar, Alfa Romeo, Audi, BMW, Mercedes-Benz, Vauxhall və Volvo daxil olub. Asiya şirkətləri arasında ən pis nəticəni Mitsubishi şirkəti qeydə alıb.

Warrantywise mütəxəssisləri brendlərin qiymətləndirməsini özlərinin tərtib etdiyi bal sisteminə uyğun olaraq aparıblar. Bununla belə, aydınlıq üçün başqa bir şkala da mövcuddur - 2021 və 2022-ci illər ərzində genişləndirilmiş zəmanətlər üzrə plandankənar təmirin maksimum dəyəri. Burada, 23 min funt sterlinqdən çox birdəfəlik xərc tələb edən Land Rover və Mercedes-Benz markaları liderdirlər!

Audi, BMW və Jaguar avtomobillərinin təmiri də baha başa gələ bilər, ən böyük nasazlıqlardan sonra, Warrantywise firması 17.000 - 20.000 funt sterlinq arasında pul ödəməli olub. Porsche avtomobillərinin zəmanət üzrə təmirinə 11 000 funt sterlinqdən çox pul xərclənməyib, Alfa Romeo modellərinin müntəzəm nasazlıqları isə, ucuz servis ilə kompensasiya olunur. Məsələn, ən bahalı servisdə belə təmir xərcləri 7 000 funt sterlinqdən çox olmayacaqdır.

Warrantywise firmasını ən az qıcıqlandıran brendlər Asiya markalarıdır: Koreya və yapon avtomobillərinin sahibləri  genişləndirilmiş zəmanətdən ən az istifadə edənlərdir və onların təmir xərcləri Avropa premium avtomobilləri ilə müqayisədə xeyli aşağıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.