Porsche şirkəti özünün “Le-Manın 24 saatı” sutkalıq marafonunda iştirakının tarixinə və uğurlarına 911 Carrera S modelinin xüsusi modifikasiyasını həsr etmişdir. Alman istehsalçısı Endurance Racing Edition adını verdiyi sportkar, 24 iyun tarixində Britaniyanın Qudvud şəhərində keçiriləcək Sürət festivalında nümayiş etdiriləcəkdir. Sportkar, Dözümlülük üzrə dünya çempionatında (WEC) iştirak edən Porsche sportprototiplərinin "döyüş" rənglərinin üslublarında hazırlanmış naxışlarla bəzədilmişdir.
Kupeni qara rəngli yazılar yapışdırılmış ağ və qırmızı rəgli kuzovla, və yaxud boz naxışları olan qara rəngli kuzovla sifariş etmək olar. Porsche 911 Carrera S Endurance Racing Edition sportkarı 20-düymlük təkər diskləri ilə də təchiz ediləcəkdir. Xüsusi variantın salonu qara dəri ilə örtüləcək və karbondan hazırlanmış işləmələrlə bəzədilmişdir.
Salonda sıfır qeydi olan idman sükan çarxını, qırmızı rəngli təhlükəsizlik kəmərlərini, oturacaqların başlıqlarında həkk edilmiş Porsche loqotiplərini və dirsəkaltıda yazılmış “Porsche İntelligent Performance” sözünü, həmçinin qırmızı dəridən haşiyəsi olan eksklyuziv ayaqaltıları aşkar etmək olar.
Sportkarın təchizatına işıqdiodlarından hazırlanmış fənərlər, lyuk, Sport Chrono dəsti, idman buraxılış sistemi, yana əyilmələri önləyən PDCC sistemi, Adaptiv PASM asqısı və tam idarəedilən şassi daxil edilmişdir. Texniki cəhətdən avtomobil dəyişilməz qalmışdır. Porsche 911 Carrera S gücü 420 at qüvvəsi olan 3,0-litrlik altısilindirli iki turbokompressorlu mühərriklə hərəkətə gəlir. Güc aqreqatı yeddi pilləli “mexanika” və ya “robotla” təchiz edilə bilər. Kupe yerindən 100 km/saat həddinə kimi 3,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti 308 km/saat təşkil edir.