Volkswagen konserninin tərkibinə daxil olan Porsche şirkəti bu gün Leypsiqdəki zavodda istehsalın dayandırıldığını bildirib. Reuters agentliyinin şirkət nümayəndəsinə istinadən bildirdiyinə görə, konveyerin dayanması gələn həftənin sonuna kimi davam edəcəkdir. Konveyerin dayandırılmasının səbəbi tədarük zincirinin qırılmasıdır: Ukraynanın ərazisində fəaliyyət göstərən tədarükçülər komplektləşdiriciləri məlum səbəblərdən göndərə bilmirlər.
Avtomobillərin istehsalına Porsche şirkətinin mənzil-qərargahının yerləşdiyi Zuffenhauzen şəhərindəki müəssisədə davam etdiriləcəkdir. Bu barədə alman markasının mətbuat xidməti xəbər verib. 2000-ci ildə Leypziqdə fəaliyyətə başlamış müəssisədə dörd minə yaxın insan çalışır. Altı il bundan öncə modernaziyasıyadan keçmiş zavodda Panamera və Macan modelləri buraxılır. Macan modelinin 2023-cü ildə debüt edəcək elektrik versiyası da burada yığılacaqdır.
Volkswagen konserni də Ruisyanın Ukraynaya hücum etməsi səbəbilə Almaniyadakı iki zavodun konveyerini cümə gününə qədər dayandırmaq məcburiyyətində qalıb. Söhbət Volkswagen markasının elektromobilləri ilə yanaşı, MEB platformasında inşa olunmuş Audi və Cupra modellərindən gedir. Səbəb eynidir – komplektləşdiricilərin çatışmazlığı.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.