Yeni Porsche Macan krossoveri ilin əvvəlində debüt edib və ikinci nəslə keçdikdən sonra elektromobilə çevrilib. İlkin olaraq, iki tamötürməli modifikasiya təqdim edilib: Macan 4 və Macan Turbo. İndi isə, modifikasiya çeşidi daha sadə versiyalarla genişləndirilib: daha iki modifikasiya debüt edib, üstəlik, “ofroud” paketi hazırlanıb.

Porsche Macan

Krossoverin ən sadə modifikasiyası sadəcə Porsche Macan adlanır. Ön elektrik mühərriki yoxdur və buna görə də o, arxa ötürməlidir (ilk Macan krossoverində belə bir seçim yox idi). Yeganə mühərrikin hasilatı 360 at qüvvəsi və 563 Nm təşkil edir.

Tutumu 100 kilovat/saat olan dartma batareyası (95 kilovat/saat istifadə olunur) saxlanılıb. Təkmühərrikli Macan 110 kiloqram yüngülləşib, lakin çeşiddəki ən yavaş versiya olub: 100 km/saat həddinə sürətlənmə 5,7 saniyə çəkir. 

Porsche Macan 4S

Xatırladaq ki, Macan 4 versiyası (408 at qüvvəsi, 650 Nm) bu işə 5,2 saniyə sərf edir.  Lakin baza krossoveri ən uzunmənzilli olub: WLTP dövrünə əsasən 641 kilometr. Tam ötürməli versiyada bu göstərici 613 kilometr təşkil edir. Hər iki modifikasiyanın maksimal sürəti 220 km/saatdır.

Modifikasiya çeşidinə əlavə edilən ikinci versiya Porsche Macan 4S krossoveridir: onun ikimühərrikli elektrik güc qurğusu 516 at qüvvəsi və 820 Nm hasil edir, bunun sayəsində də 100 km/saata sürətlənmə vaxtı 4,1 saniyəyə qədər azalıb. 

Porsche Macan 4S

Bununla belə, yürüş məsafəsi də qısalıb: WLTP dövrü üzrə 606 kilometr. Maksimal sürət - 240 km/saatdır. Arayış üçün: Macan Turbo top versiyası 639 at qüvvəsi və 1130 Nm-ə malikdir, 100 km/saata 3,3 saniyəyə sürətlənir, maksimal sürət isə, 260 km/saata çatır.

Bütün versiyalar üçün ümumi olan DC şarj sayəsində (270 kilovat) 21 dəqiqə ərzində batareyanın 10%-dən 80%-ə qədər doldurulmasını təmin edir.

Eyni zamanda, yenidən işlənmiş ön bamper və diffuzor, eləcə də kandar örtmələrini ehtiva edən “ofroud” paketi sifariş üçün əlçatan olub. Ofroud versiyasının xüsusiyyətləri arasında boz rəngli dekor və eyni rəngə boyanmış 21-düymlük beşqollu təkər diskləri var.

Klirens 10 millimetr (225 millimetr) artırılıb, lakin bunun üçün kuzovun əsas mövqeyini tənzimləyən opsional pnevmatik asqı sifariş edilməlidir. Bunun sayəsində yaxınlaşma bucağı da artııb: 17,5 dərəcə.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əlbəttə ki, Porsche Macan modelinin yeni baza versiyası çeşiddəki ən münasib qiymətə malikdir. Onun Almaniyadakı satış qiyməti 80 700 avrodan, qabaqcıl Macan 4S versiyasının isə,  90,700 avrodan başlayır. Macan 4 versiyası üçün 84,100 avro, Porsche Macan Turbo üçün isə ən azı 114,600 avro tələb olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.