Bildiyimiz kimi, məşhur rus tennis ulduzu, «Böyük dəbliqə» turnirlərinin beşqat qalibi olan Mariya Şarapova Porsche şirkəti ilə geniş şəkildə əməkdaşlıq edirlər. Lakin, bu günlərdə alman şirkətinin nümayəndələri rusiyalı idmançı ilə əməkdaşlığı dayandırdıqlarını bildirmişdirlər. Buna səbəb kimi, dopinq testlər zamanı idmançının qanında qadağan edilmiş meldonium maddəsinin aşkar edilməsidir. Porsche nümayəndələri dopinq qalmaqalı ilə aparılan araşdırmaların nəticələrini gözləmək niyyətindədirlər.

Bundan əlavə, şirkət nümayəndələri Şarapova haqqında yayılan xəbərlərdən mütəəssir olduqlarını və qalmaqalın bütün təfərrüatlarının açıqlanmasına qədər müdaxilə etməyəcəklərini bildirmişlər. Xatırladaq ki, dopinq qalmaqalı Avstraliyanın açıq tennis çempionatı zamanı idmançıdan götürülmüş qan analizində qadağan edilmiş meldonium maddəsinin aşkarlanması ilə başlamışdır.

Müəyyən edilmişdir ki, idmançı artıq 10 ildir ki, tərkibinə bu maddənin daxil olduğu dərman preparatını qəbul edirmiş. Düzdür, əvvəllər bu maddə qadağan olunmuş maddələr siyahısında olmasa da, bu ilin yanvarından meldonium bu siyahıya əlavə edilmişdir. Mariya Şarapovanın bildirdiyinə görə, bu barədə məlumat onun elektron poçtuna daxil olsa da, rusiyalı idmançı bu mesajın onun diqqətindən yayındığını bildirmışdır.    

Porsche şirkətindən əvvəl Şarapova ilə əməkdaşlığı Nike və TAG Heuer markaları da dayandırmışdırlar. Rusiyalı idmançı American Express, Avon, Evian və Head kimi brendlərlə də əməkdaşlıq edir.

Jurnailstlərin araşdırmasından məlum olmuşdur ki, Şarapova keçən il bu markalarla əməkdaşlıqdan 23 milyon dollar qazanc əldə etmişdir.