Porsche şirkəti məşq yeri olan xüsusi ultra-rahat enerji doldurma stansiyasını nümayiş etdirib. Porsche Charging Lounge Almaniyanın Bingen-am Rayn şəhərində peyda olub. Bu stansiyadan Porsche ID identifikatoru olan bütün elektromobil və hibrid sahibləri istifadə edə bilərlər. Stansiya 24 saat işləyir və dəbli dizaynı ilə yanaşı, ziyarətçilərə əksər enerji doldurma stansiyalarında olmayan xüsusi rahatlıq təklif edir.
Porsche Charging Lounge ağac ilə üzlənmiş tavanı olan dama malikdir. Damın üstündə stansiyanı qismən qidalandırmağa imkan verən günəş panelləri quraşdırılıb. Damın altında altı ədəd 300 kilovatlıq daimi cərəyanlı sürətli və dörd ədəd 22 kilovatlıq dəyişən cərəyanlı terminal var.
İkinci hissə - şüşə divarları olan qapalı istirahət zonasıdır ki, burada avtomobil sahibləri batareyanın dolmasını gözləyə bilərlər. Onların sərəncamına fərdi istirahət zonası, içkilər və qəlyanaltılar olan ticarət avtomatları, müxtəlif rəqəmsal əyləncələr, Wi-Fi, vanna otağı və hətta ağıllı güzgüsü olan məşq otağı da verilir. Yaşıl tendensiyaya uyğun olaraq, məkanda heç kim olmadıqda işıqlar avtomatik olaraq söndürülür.
Artıq gələn il Porsche stansiyaya daha sürətli enerji doldurmanı - 400 kilovata qədər gücü olan terminalları əlavə edə bilər. Porsche Charging Lounge hazırda bir pilot layihəsidir, lakin gələcəkdə alman şirkəti Avstriya, Almaniya və İsveçrədə bir neçə belə stansiya açmaq niyyətindədir.
Doldurma stansiyasının tərtibatı üzrə ən iddialı ideyaları Tesla şirkəti təklif edir. Şirkət mətbəxi olan kafeni, bar və kinoteatrı özündə birləşdirən klassik amerikan yanacaqdoldurma məntəqələri üslubunda iki mərtəbəli binanın layihəsini hazırlayıb.
Belə stansiyada eyni vaxtda otuza yaxın elektromobil (bəziləri hətta simsiz) enerji ilə doldurula biləcəklər. Tesla bu ideya üzərində artıq bir neçə ildir ki düşünür, lakin onun nə vaxt reallığa çevriləcəyi hələlik məlum deyil.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.