Porsche şirkəti mexaniki transmissiyanı sevən mühafizəkar müştəriləri üçün xüsusi hədiyyə hazırlayıb. Züffenhauzendə bu məsələyə özünəməxsus şəkildə yanaşıblar - ənənəvi olaraq mexaniki qutu ilə təchiz edilmiş sportkarlar ən əlçatan avtomobillər olurlar. Lakin, Porsche şirkətində bu işə başqa şəkildə yanaşıb.
Alman istehsalçısı 7-pilləli mexaniki ötürmələr qutusunu Porsche Carrera S və Porsche Carrera 4S modelləri üçün “pulsuz opsiya” kimi təklif edir. Yəni, sportkarın hansı növ qutu ilə sifariş etmənizdən asılı olmayaraq onun qiyməti dəyişməyəcəkdir.
Buna baxmayaraq, mexaniki transmissiya aşiqləri Carrera S və Carrera 4S modellərinin alınması zamanı istənilən halda qənaət etmiş olacaqdırlar. Belə ki, mexaniki transmissiyalı modifikasiya pulsuz olaraq SportChrono dəstinə sahib olacaqdır. Bildiyimiz kimi, istənilən digər modfikasiyalar üçün bu dəst ödənişlidir. SportChrono dəstinin tərkibinə mühərrikin dinamik dayaqları, sabitləşdirmə sisteminin idman tənzimləmələri və hərəkət elektronikasının iş rejimlərinin sükan çarxında quraşdırılmış düyməsi daxildir.
Bundan başqa, mexaniki qutulu modellərin təchizatına akselerasiya funksiyası, dartma vektoruna nəzarət funksiyası olan məhdud sürtünməli mexaniki differensial da daxil ediləcəkdir. Xatırladaq ki, PDK ilə təchiz edilmiş sportkarlar elektronika ilə idarələnən differensiala malikdirlər.
Yeni modifikasiyasnın PDK “robotu” ilə təchiz edilmiş versiyalarından yavaş olmasında təəccüblü bir şey yoxdur. Porsche şirkətindən mexaniki qutulu sportkarların 100 km/saat həddini 4,0 saniyəyə topladıqları bildirilib. Müqayisə üçün, PDK ilə təchiz edilmiş Carrera S və Carrera 4S modelləri bu işə 3,5 saniyə sərf edirlər. Avtomobillərin dinamik xarakteristikaları barədə ətraflı məlumat istehsalın başlanmasında öncə veriləcəkdir.
Bundan başqa, Porsche şirkəti modelin 385 at qüvvəli baza versiyası olan Carrera və Carrera 4 modellərinin mexaniki qutu ilə təchiz edilməyəcəyini də bildiriblər. Belə halda, mexaniki qutusu olan sportkarlar tədricən nadir tapılan modellərə çevriləcəkdirlər.