Porsche şirkəti 911 modelinin ilk nəslindən başlayaraq sonuncusuna qədər buraxılmış avtomobillərin statistikasını göstərən videoçarxı yayımlamışdır. Beləliklə, çarxda bir milyonuncu avtomobilin buraxılmasına qədər qət edilən yol lentə alınmışdır.
Misal üçün, çarxda ilk modelin 1964-cü ildən 1973-cü ilə qədər olan dövrdə 111995 ədəd istehsal edildiyini görmək olar.
Yarım milyonluq nüsxə isə,1998-ci ildən 2005-ci ilə qədər buraxılmış 996 nəslinə aiddir. Bu nəslin həyat dövrünün sonuna 618396 ədəd Porsche 911 modelinin buraxıldığının şahidi oluruq. Bir milyonluq nüsxənin aid olduğu 991 nəsli 2011-ci ildən istehsal edilir. 2015-ci ildə bu modelin genişmiqyaslı yenilənməsi aparılmışdır.
Bir milyonuncu 911 sportkarı bir neçə gün bundan öncə təqdim edilmişdir. Məlum məsələdir ki, milyonuncu avtomobil eksklyuziv bir avtomobildir - o xüsis rəngə boyanmış və salonun xüsusi tərtibatına malikdir. Bu sportkar Carrera S modifikasiyasının əsasında yaradılsa da, onun mühərriki 450 at qüvvəsinə malikdir ki, bu da standart sportkarda olduğundan 30 at qüvvəsi çoxdur.
Milyonuncu avtomobil Porsche şirkətinin Zuffenhauzendəki muzeyində nümayiş etdiriləcəkdir.