Porsche şirkəti Mission E elektrokarının seriya öncəsi nüsxələrinin yığılma prosesindən çəkilmiş fotoşəkilləri dərc edib. Şəkillərdə elektomobilin bir sıra elementlərinin və onun yığılma prosesi təsvir edilib.
Porsche şirkətinin ilk elektrokarı olan Mission E modeli «sinifində ən texnoloji avtomobil olacaq və eksklyuziv sportkarlar seqmentində yeni standartları müəyyən edəcəkdir». İstehsalçı Mission E modelinin «tipik Porsche» olacağını da bildirib. Porsche Mission E iki və üç motorlu konfiqurasiyalarda təklif ediləcəkdir. Baza varinatının ümumi gücü 408 at qüvvəsi, orta variantın – 544 at qüvvəsi, top-variantın isə 680 at qüvvəsi olacaqdır.
Arxadan çəkişli modifikasiya iki elektromotor variant ilə təklif ediləcəkdir: 326 və 435 at qüvvəsi.
Bundan başqa, Misson E modeli üçün iki pilləli transmissiya və elektronika idarə edilən differensial işlənib-hazırlanacaqdır. Elektrokarın ən güclü variant 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcəkdir. Onun gediş ehtiyatı 483 kilometr olacaqdır.
Porsche Mission E Augmented Reality App
Firma yükləmə qurğusu vasitəsi ilə batareyaların 80 faizini 20 dəqiqəyə doldurmaq mümkün olacaqdır. Porsche Mission E modeli Panamera liftbeki ilə bənzər qiymətə satılacaqdır. Elektrokarın satışlarına 2019-cu ildə başlanmalıdır. Bu yaxınlarda Porsche şirkəti tamamlanmış reallığı olan mobil əlavəni də təqdim edib.
Bu əlavənin köməkliyi ilə Mission E modelinin daxili quruluşunu öyrənmək və elektrokarın virtual surətini ətraf məkana quraşdırmaq mümkündür.
İstifadəçilərə virtual test-drayv da təklif edilib.