İlk Porsche avtomobilinin 75 illik yubileyini qeyd edən alman şirkəti öz loqotipini yeniləyib. Xoşbəxtlikdən, söhbət son zamanlar dəbdə olan sadələşdirmə və iki ölçülü qrafikadan getmir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əvvəlki ilə müqayisədə, yeni emblemin səthinin relyefi dəyişdirilib, şahə qalxan ayğır yenidən çəkilib, şəhərin adı isə qara rənglə vurğulanıb. Əmtəə avtomobillərində belə loqotiplər bu ilin sonuna kimi görünəcəklər. Porsche emblemi 1952-ci ildə peyda olub və o vaxtdan bəri demək olar ki, dəyişməyib: 1954, 1963, 1973, 1994 və 2008-ci illərdə də eyni şəkildə xırda təkmilləşdirmələr edilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.