Porsche şirkəti avtomobilin xarab olması ehtimalı olan detalının təmirini və ya dəyişdirilməsini öncədən həyata keçirməyə imkan verən məlumatların emalı alqoritmlərini hazırlayır. Yeni sistemin müəyyən qurğu və aqreqatların vəziyyəti haqqında real vaxt rejimində məlumatları toplayacaq və onları müəyyən referens kəmiyyətləri ilə müqayisə edəcəkdir. Dərin özünü yoxlama texnologiyası artıq Taycan elektrokarının pnevmoasqısında tətbiq olunur.
Porsche mühəndisləri komponentlərin aşınmasına nəzarət etmək və problemləri ənənəvi instrumental diaqnostikasından əvvəl müəyyənləşdirmək üçün məlumatların toplanması və təhlilini nəzərdə tuturlar. Hazırda Porsche Taycan elektrik sedanında pnevmatik asqının məlumatlarının təhlil edərək rəqəmsal bənzərlərinin tətbiqi üzrə təcrübə həyata keçirilir. Bunun üçün, Taycan sahiblərinin təxminən yarısı asqı sensorlarından və hərəkət statistikasından əldə edilən məlumatların anonim şəkildə toplanması və işlənməsinə razılıq veriblər.
Kompleks məlumatların təhlili əsasında sistem qurğu və aqreqatların aşınmasının həddini hesablayır, sonra isə, elektronika müəyyən hissələrin sıradan çıxmasının qaçılmaz olduğu qənaətinə gələrsə, multimedia sisteminin ekranında səlahiyyətli Porsche servis mərkəzinə müraciət etməyin gərəkli olduğu barədə mesaj peyda olacaqdır. Gələcəkdə məlumatların emalı alqoritmi, aparat vericiləri olmadan, müxtəlif avtomobillərin xidmət tarixinin təhlili əsasında, təmirə ehtiyacın duyulduğu barədə nəticə çıxarmağa imkan verəcəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.