Porsche şirkətinin rəhbərliyi Panamera modelinin sırf elektrik mühərriki ilə hərəkətə gələn versiyasının yaradılması məsələsini nəzərdən keçirir. Bu barədə, yenilənmiş Panamera modelinin Avstraliyada keçirilən təqdimatı zamanı, Porsche model xəttindən məsul olan vitse-prezident Tomas Frimut, yerli Go Auto nəşrinin suallarına cavab verərkən bildirib.
Frimutun sözlərinə görə, şirkət Taycan və Panamera elektrik sedanları arasında rəqabətlə qarşılaşmayacaqdır. Bunun səbəbinin Panamera modelinin əhəmiyyətli dərəcədə daha geniş və rahat olmasıdır. Beləliklə, Panamera elektrokarı Taycan modelinin "böyük qardaşı" olmağa iddialıdır.
Böyük ehtimalla, Frimut Panamera modelinin bir neçə ildən sonra debüt etməsi nəzərdə tutulan üçüncü, üçüncü nəsilindən bəhs edib. Mövcud avtomobil həqiqətən də Taycan modelindən böyükdür, lakin çox deyil. Panamera Taycan modelindən yalnız doqquz santimetr uzundur, onun təkər bazası isə, elektrokarı beş santimetr üstələyir. Doğrudur, Panamera modeli 15 santimetr daha uzun təkər bazasına malik olan Executive versiyasına da sahibdir.
İstənilən halda, Panamera modelinin elektrik versiyanın yaradılmasına ən azından iki il sərf ediləcəkdir. O zamana qədər isə, liftbekin yeni nəslinin hazırlanması praktik olaraq başa çatmalıdır. Beləliklə, yeni Panamera modelinin hazırki avtomobildən daha iri və daha geniş salıona malik olacağı daha məntiqli görünür.
Sonunda Frimutdan tamamilə elektrik sportkarını necə təsəvvür etdiyi soruşulub. "Təsəvvür etmək? Şübhəsiz ki, edə bilərəm! Düşünürəm ki, əla elektrik idman avtomobili yarada bilərik. Ancaq bu avtomobilin Porsche 911 modeli olacağını düşünmürəm ”, - Porsche şirkətinin vitse-prezidenti cavab verib.