Porsche Panamera modelinin növbəti nəsli ətrafında gəzən söz-söhbətlərin intensivliyinin artması, yeni hetçbekə olan diqqəti daha da gücləndirmişdir. Bir müddət bundan əvvəl, internet məkanında yeni nəsil Porsche Panamera modelinin interyerinin ilk rəsmi fotoşəkili yayımlanmışdır. Bu gün isə, artıq yeni fastbekin kamuflyajsız şəkilləri peyda olmuşdurlar. Motor1 saytı tərəfindən dərc etdilmiş şəkillərdən də göründüyü kimi, Panamera modelinin eksteryerində qaranlıq qalan yeganəə məqam, onun üstü örtülmüş işıq texnikasıdır. Avtomobilin qalan cizgiləri açıq-aydın görünməkdərilər.

Ehtimalla əsasən, Porsche Panamera modelinin növbəti nəsli tamamilə yeni ön və arxa işıq texnikasına malik olacaqdır. Mütəxəssislərin fikrincə, yeni Panameranın ön fənərləri yeni Cayenne modeli ilə bənzərlik daşıyacaqdır. Arxa işıq texnikasına gədikdə isə, onlar yeni Panameranın arxa fənərlərinin Panamera Sport Turismo konseptinin fənərlərinin formasını əldə edəcəyini söyləyirlər.

Gəzən saiyələ görə, yeni Panameranın əsasını Volkswagen şirkətinin işləyib-hazırladığı MSB platforması təşkil edəcəkdir.

Bu platforma sayəsində yeni Panamera cari modeldən 90 kiloqram daha az çəkiyə malik olacaqdır. Artıq məlum olduğu kimi, Panamera «qaynar» Audi SQ7 modelindən alınmış dizel mühərriki ilə də təchiz ediləcəkdir.

Xatırladaq ki, «bərkgedən» Audi Q7 krossoverinin təchiz edildiyi 4,0-litrlik səkkiz silindirli dizel aqreqatının gücü 435 at qüvvəsi və 900 Nm fırlanma anıdır. Mühərrikin fırlanma anı 1000 dövr/dəqiqədən 3250 dövr/dəqiqəyə qədər olan diapazonda əlçatandır.

Güc aqreqatı səkkiz diapazonlu avtomatik sürətlər qutusu və Torsen mərkəzi differensialı olan tam ötürməli çəkiş sistemi ilə birgə çalışır. Opsional olaraq aktiv arxa differensialı da sifariş etmək olar.

Adi turbinlər mühərrik blokunun haçalandığı yerdə bərkidilmişlər. Elektrikli üfürmə üçün isə xüsusi 48 voltluq sistem yaradılmışdır ki, bu sistem, həmçinin kuzovun yana əyilmələrinin qarşısını alan aktiv elektromexaniki sistemi də qidalandırır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt