Axırıncı yeniləmədən sonra, Porsche Panamera ailəsinin tərkibindən 680 at qüvvəli Turbo S E-Hibrid modifikasiyasının yoxa çıxdığına diqqət yetirmiş olmalısınız. Hazırda bu ailəyə Nürburqrinqin ən sürətli namyəndəlik avtomobili olan 630 at qüvvəli Turbo S modeli başçılıq edir. Bizim qənaətimizcə, Porsche üçün ənənəvi olan modifikasiya bolluğunu və onların növbə ilə təkmilləşdirilməsini nəzərə alsaq, bunun müvəqqəti hal olduğunu söyləməl olar.
Avstraliyanın “Whichcar” nəşrinin bildirdiyinə görə, Panamera model xəttinin rəhbəri Tomas Frimut yeni Turbo S E-Hybrid modelinin "önümüzdəki həftələrdə və ya aylarda" satışa çıxarılacağını bildirib. Eyni zamanda, Frimut hibrid modifikasiyanın daha güclü olacağını, lakin artmış çəki səbəbilə Panamera Turbo S modelindən daha sürətli olmayacağını vurğulayıb.
Digər təfərrüatlar açılanmasa da, flaqman hibridinin 550 at qüvvəli V8 mühərrikinin 630 at qüvvəli aqreqatla əvəzləyəcəyini güman etmək olar. Yeni Panamera 4S E-Hybrid modelinin sələfinin 136 at qüvvəli elektrik mühərrikini qoruyub saxladığını nəzərə alsaq, flaqman liftbekin gücünün 80 at qüvvəsi artacağını ehtimal etmək olar. Yeri gəlmişkən, 760 at qüvvəsinə sahib olacaq liftbek, Mercedes-AMG GT 4-Door Coupe modelinin yeni top versiyası olacaq GT 73e modifikasiyası üçün birbaşa rəqibdir.