Porsche Panamera modeli barədə dərc etdiyimiz xəbərləri izləyənlər, yeni modelin iki kuzov növü ilə buraxılacağından xəbərdardılar. Hələ prototiplərin sınaqları zamanı, fiftbek kuzovlu prototiplə yanaşı kamuflyaja bürünmüş universal kuzovlu Panamera prototipni gə görmək mümkün idi.
Bir müddət bundan əvvəl Panamera liftbekininikinci nəsli təqdim edilmişdir. Heç də təəccüblü deyildir ki, Ştutqart istehsalçısı israrla sedan adlandlrdığı hetçbekin üzərindən sirr pərdəsini qaldırmışdı. Bununla belə, digər variant haqqında məlumat verilməmişdir. Bildiyimiz kimi, gəələn ilin ilk ayında Detroyt avtomobil sərgisi start götürməlidir və ola bilsin ki, almanlar Panamera modelinin yeni modifikasiyasının təqdimatını orada keçirsinlər. Hər halda, bu günlərdə internet şəbəkəsində Porsche Panamera Sport Turismo adlandırılacaq modelin renderi təsadüfən yayılmamışdır. Bizim fikrimizi bilmək istəsəniz, çox güman ki, Panamera'nın universal kuzovlu variantı üzümüzə gələn il Cenevrə avtosalonunda nümayiş etdiriləcəkdir.