"Motor Trend" dərgisinin yaydığı məlumatda Porsche Panamera sedanının (avtomobil hetçbek olsa da Porsche nümayəndələri israrla onu sedan adlandırılar) yeni nəsli 700 at qüvvəsi olan hibrid güc aqreqatını əldə edəcəyini bildirmişdir. Yeni hibrid avtomobildə Porsche 918 Spyder modelindən alınmış texnologiyaların tətbiq ediləcəyi ehtimal edilir.
Hibrid güc qurğusunun tərkibinə yeni 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki və elektromotor daxil olacaqdır. Səkkiz silindirli tubomühərrikin gücü 550 at qüvvəsindən 580 at qüvvəsinə qədər artırılacaqdır. Hinrid aqreqatın ümumi gücü 700 at qüvvəsi, fırlanma anı isə 1085 Nm bərabər olacaqdır.
Bundan əlavə, Panamera mexaniki kompressorla təchiz edilmiş altı silindirli mühərrikin əsasında yaradılmış digər hibrid güc aqreqatı ilə də təchiz ediləcəkdir. Panamera hetçbekində tətbiq ediləcək hibrid qurğuların sonradan Cayenne krossoverinin növbəti nəslində quraşdırılacağı da ehtimallar arasındadır.
