Bu ayın sonunda təqdimatı keçiriləcək yenilənmiş Porsche Panamera liftbeki Nürburqrinqin yeni rekordunu qeydə alıb. Yenilənmiş model öz sələfindən 13 saniyə qabaqlayıb və hətta bəzi superkarlardan, məsələn, Chevrolet Corvette modelindən daha yeyin olub. Executive cars kateqoriyasında qeydə alınmış rekord notarial qaydada təsdiqlənib.
Rekord yürüyüşü zamanı Porsche Panamera modelinin sükanı arxasında əvvəllər bir neçə dəfə “Şimal ilgəyində” yüksək nəticələr göstərmiş zavod test-pilotu Lars Kern olub. Belə ki, 2017-ci ilin sentyabr ayında Porsche 911 GT2 RS superkarında rekordu qeydə alıb.
Bir il sonra isə, o yenidən 911 GT2 RS MR modelinə əyləşərək normal yollara girişi olan avtomobillər kateqoriyasında ən yaxşı vaxtı qeydə alıb. Panamera modelinin bir dövrədə qeydə aldığı zaman 7 dəqiqə 29.81 saniyədir, yəni hetçbek ortamühərrikli Chevrolet Corvette Z51 modelindən bir saniyə yeyin olub.
Rekord avtomobili seriya modelinə çox yaxındır. Təkmilləşdirmələr siyahısına sürücü kreslosunu əvəzləmiş yarış “çalovları”, təhlükəsizlik karkası və Michelin Pilot Sport Cup 2 şinləri daxildir. Yeri gəlmişkən, bu şinləri əlavə ödənişlə adi avtomobildə də quraşdırmaq olar.
Liftbekin şassində, mühərrikin idarəetmə blokunda və elektromexaniki stabilizatorlarında dəyişikliklər nəzərdə tutulub.
Porsche Panamera modelinin əvvəlki nəticəsi 7 dəqiqə 38.46 saniyədir. Bu rekordu da Kren qeydə alıb. O, bu rekordu 2016-cı ildə 550 at qüvvəsinə sahib olan 4,0-litrlik V8 mühərriki ilə təchiz edilmiş Panamera Turbo versiyasında qeydə alıb.
İndi isə o, öz nəticəsini 13 saniyə yaxşılaşdırıb və eyni zamanda Mercedes-AMG GT 63 S 4Matic + modelinin qeydə aldığı son rekordu (7: 30.11) qırıb.