Porsche şirkətinin Asiya-Sakitokean regionuna cavabdeh olan bölməsi Macan krossoverinin qeyri-adi variantını təqdim edib. Onlar Porsche Macan modelinin "idman köklərinin" olduğunu göstərmək üçün krossoveri yarış avtomobili kimi rəngləyiblər.
Macan modeli Porsche Motorsport avtoidman bölməsinin livreyasına malikdir ki, bu sxemdə günümüzdəki müxtəlif yarış maşınlarında istifadə olunur. Bu livreya qara və ağ rənglərin qırmızı və boz zolaqlarla birləşməsini nəzərdə tutur.
Belə avtomobilin seriya istehsalı nəzərdə tutulmayib və avtomobil press-park üçün hazırlanıb. Avtomobil opsional Performance dəsti ilə təchiz edilmiş Macan Turbo modifikasiyasının əsasında yaradılıb. Porsche Macan Turbo 440 at qüvvəli 3,6-litrlik turbomühərriklə təchiz edilmişdir. krossover 100 km/saat sürətini 4,4 saniyəyə toplayır.
Porsche Macan modeli Azərbaycanda 43 min avrodan başlayan qiymətlərlə təklif olunur.