Ştutqart. Porsche şirkəti ilk dəfə olaraq 24-saatlıq Le-Man yarışlarının qalibi Porsche 919 Hybrid avtomobilinin güc aqreqatının təsvirini nümayiş etdirdi. 2014-cü ildə dözümlülük üzrə avtomobil yarışlarının dünya çempionatına şirkət bütün iştirakçılar arasında ən innovativ ötürmə konsepsiyası ilə start vermişdir. Arxa təkərləri hərəkətə gətirən turbuüfürməyə malik dördsilindrli daxili yanma mühərriki, işlənmiş qazların enerjisinin rekuperasiya sistemi, ön təkərləri fırlayan güc aqreqatını qidalandıran ən müasir litium-ion batareyalar, hibrid ötürmə sistemini idarə edən sistem – bunların hamısı Porsche şirkətinə texnoloji cəhətdən ən tələbkar olan dünya çempionatında yeni standartları tətbiq etməyə imkan verdi.

 2015-ci ildə, yəni cəmi ikinci iştirak ilində, komandanı sözün əsl mənasinda triumf gözləyirdi: əfsanəvi 24-saatlıq Le-Man yarışlarında iki qələbə və həmçinin çempion titulları – həm istehsalçıların hesabında, həm də ki, pilotların. Arzulayan hər bir şəxs Porsche 919 Hybrid avtomobilinin mühərrikinə dünya üzrə müxtəlif traslarda keçirilən yarışlarda, müxtəlif tematik sərgilərdə və həmçinin Porsche-nin Tsuffenhauzendəki muzeyində baxa bilər.

Dözümlülük üzrə avtomobil yarışlarının dünya çempionatı üçün nəzərdə tutulmuş, cəmi 2 litr həcmə malik mühərrik Porsche-nin ən səmərəli daxili yanma mühərriki oldu. O, olduqca yığcam ölçüləri ilə seçilir, onda istifadə olunan texnologiyalar isə artıq seriya istehsalında tətbiq olunur. Porsche 718 Boxster-ə yerləşdirilən yeni 4-silindrli turboüfürməli mühərrik konveyerə demək olar ki, birbaşa yarış trasından gedib.

Qalib mühərrik

Bu mühərrikdə xüsusi silindrlərarası məsafə, qısa gedişli konstruksiya və birbaşa püskürmə forsunkalarının mərkəzi yerləşməsi kimi texnologiya və nou-xaular yer alıb. 919 layihəsinin texniki direktoru olan Aleksander Hitsinger qeyd edir: “İlk andan biz cəsarətli konsepsiyaya müraciət etdik və o, özünü doğrultdu. İndi biz onun üstünlüklərindən tam yararlana bilərik”. Bütün Porsche avtomobilləri kimi, 919 Hybrid bolidi də Porsche-nin Vayssahdakı elmi-tədqiqat mərkəzində yaradılıb.

Aleksander Hitsingerin komandası seriya modellərinin mühəndisləri ilə sız əməkdaşlıq edirlər – xüsusən də, güc aqreqatları ilə bağlı məsələlərdə. “Onlar bizə yanma və yanacaq-hava qatışığının formalaşması texnologiyalarının təkmilləşdirilməsində əhəmiyyətli şəkildə dəstək olurlar”, - Hitsinger izah edir.

Ümumi xüsusiyyətlərə baxmayaraq, “doqquz yüz on doqquzuncu”nun güc aqreqatı yeni nəsil 718 Boxster-in mühərriklərindən fərqli olaraq, oppozit mühərrik deyil. Keçən il 24-saatlıq Le-Man yarışlarının yekunlarına görə Porsche komandasına ümumilikdə 17-ci qələbəni gətirən, 90° maillik bucağına malik yığcam V-şəkilli güc aqreqatın gücü o zaman 500 at gücündən artıq idi. Lakin, bu ilki mövsümün yeni reqlamentinə uyğun olaraq, bir dairədə daha az yanacağın yanma enerjisindən istifadə etməyə icazə verilir. Prototiplərin anı yanacaq sərfiyyatına dair məhdudiyyətlər isə daha da sərtdir.

Nəticədə Porsche-nin yarış mühərrikinin yanacaq sərfiyyatı 8% azalmış, bu isə öz növbəsində onun gücünün 500 at gücündən aşağı olmasına gətirib çıxarmışdır. İki rekuperasiya sistemlərindən (ön təkərlərin tormozlama enerjisi və işlənmiş qazların enerjisi) alınan elektrik enerjisi ilə çalışan və ön təkərləri fırlayan elektromotorlarla birgə, Porsche 919 Hybrid avtomobilinin güc aqreqatının ümumi gücü indi 900 a.g. yaxın bir göstərici təşkil edir.

Aleksandr Hitsinger, Porsche 919 Hybrid layihəsinin texniki direktoru

WEC çempionatının ən yüksək sinfinin (LMP1 prototipləri) reqlamenti avtomobil istehsalçılarından hibrid güc aqreqatlarından istifadə etməyi tələb edir. Bundan savayı, bu sənəddə bolidlərin dinamik xassələri ilə enerji səmərəliliyinin düz mütənasibliyi təyin olunur.

Qısaca bunu belə izah etmək mükündür: avtomobil rekuperasiya sistemlərindən böyük həcmdə əldə olunan enerjidən istifadə edə bilər, lakin bu halda bir dairə üçün nəzərdə tutulan yanacağın həcmi proporsional olaraq azaldılır. Hibrid ötürmələrin konsepsiyası ilə bağlı isə reqlament mühəndisləri demək olar ki, heç cür məhdudlaşdırmır: komandalar atmosfer və ya turboüfürmə ilə təchiz olunmuş müxtəlif həcmlərə malik dizel və ya benzin mühərriklərdən və həmçinin bir və ya iki enerji rekuperasiya sistemlərindən istifadə edə bilərlər.

Bu şərtlər ümumi istifadə üçün nəzərdə tutulmuş idman avtomobillərinin gələəyinə böyük təsir göstərəcək innovasiyaların inkişafına kömək edir. Məhz bu, Porsche şirkətinin avtomobil idmanına qayıtmaq qərarının əsas səbəbidir. 

Le Manın qalibləri: Nik Tandi, Erl Bamber və Niko Hülkenberq

Dözümlülük üzrə avtomobil yarışlarının dünya çempionatı WEC 2016 ənənəyə sadiq qalaraq Fransanın cənubundakı Pol Rikar trasındakı proloqla başlayacaq. Mövsümün əsas yarışı olan 24-saatlıq Le-Manda bu il starta iki bolid artıq çıxacaq: yəni, 13629 km uzunluğa malik məşhur trasda 60 ekipaj görmək olacaq. Çempionatın ümumi təqvimi də genişləndirilib: 2016-cı ildə WEC-nin mərhələlərindən biri ilk dəfə olaraq yeni Mexico City Formula One trasında keçiriləcək.

Beləliklə də, yarışların ümumi sayı doqquza çatacaq və onlar doqquz müxtəlif ölkədə keçiriləcək. 24-saatlıq Le-Man yarışlarından savayı, hər bir mərhələ altı saat davam edəcək, dörd müxtəlif avtomobil siniflərində isə 32 bolid yarışacaq.

Dözümlülük üzrə avtomobil yarışlarının dünya çempionatı FIA WEC 2016-nın təqvimi:

 

25./26.03. Proloq, Pol Rikar avtodromu (Fransa)

17.04. Altı saatlıq Silverstoun (Böyük Britaniya)

07.05. Altı saatlıq Spa-Frankorşam (Belçika)

05.06. Le-Manda rəsmi test günü (Fransa)

18./19.06. 24-saatlıq Le-Man (Fransa)

24.07. Altı saatlıq Nürburqrinq (Almaniya)

03.09. Altı saatlıq Mexiko-Siti (Meksika)

17.09. Altı saatlıq Amerika Trası (Ostin, Texas/ABŞ)

16.10. Altı saatlıq Fudzi (Yaponiya)

06.11. Altı saatlıq Şanxay (Çin)

19.11. Altı saatlıq Bəhreyn (Bəhreyn)