Porsche şirkəti ilk avtomobilinin 75 illik yubileyinə qeyri-adi hədiyyə hazırlayıb. 8 iyun 1948-ci il tarixində debüt etmiş 356 №-li. 1 Roadster müasir Porsche idman avtomobillərinin atası sayılır. Texnologiyaların hazırkı inkişaf səviyyəsində onun necə görünə biləcəyini Vision 357 konsepti nümayiş etdirir.
Klassik Porsche avtomobillərinin ultra müasir arxetipi olan Vision 357 konsepti 718 Cayman GT4 RS modelinin şassisinə əsaslanır. Buna görə də o, 911 GT3 modelindən götürülmüş 500 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 4,0-litrlik altısilindrli atmosfer mühərriklə təchiz edilir. Güc aqreqatının fırlanma anı 7-pilləli ikimuftalı PDK vasitəsilə arxa təkərlərə ötürülür. İdman avtomobili keçmişin, indinin və gələcəyin gur qarışığı olduğu üçün, onun oppozit mühərriki sintetik yanacağı həzm etmək qabiliyyətinə malikdir.
Amma bu monolit formaya nəzər saldıqda bütün texniki incəliklər ikinci plana keçir. Kuzovun konturları 356 modelinin təsirini aydın şəkildə nümayiş etdirirlər, baxmayaraq ki, bəzi həllər təcrübi xarakter daşıyır. Dəbilqə vizoru üslubunda panoram şüşələnmə, yan pəncərələrdə gizlənmiş qapı tutacaqları, "kor" optika - bütün bunlar bir müddət sonra seriya modellərində peyda ola bilərlər. Konsept keçən əsrin ortalarına məxsus olan Porsche avtomobillərinin üslubunda rənglənib. Üstəlik, avtoidmana istinadları da tapmaq mümkündür.
Məsələn, alt tərəfi kəsilmiş qanadlar təkər tağlarının havalandırmasını yaxşılaşdırır. Kapot yeyin çıxarılandır. İri splitteri sabitləşdirmək üçün vintşəkilli kəsikləri olan metal çubuqlardan istifadə olunur. Porsche Mission R prototipində olduğu kimi, kətan liflindən hazırlanmış NFRP plastikindən olan kandarlar da dövrün ruhuna uyğundurlar.Mərkəzi kilidi və aerodinamik qapaqları olan təkər diskləri maqneziumdan hazırlanıblar.
Porsche 356 sportkarı 1948-ci ildə peyda olub və onun ilk nüsxəsi arxada (bazada) quraşdırılmış mühərriki olan çoxborulu çərçivənin ətrafında inşa etmişdilər. Seriya sportkarları isə artıq fərqli konstruksiyaya və quruluşa malik idilər. İlk alüminium 356/2 modellərindən sonra almanlar polad vərəqlərdən hazırlanan kuzova keçmişdilər. 17-illik istehsal müddəti ərzində Porsche şirkəti ümumilikdə 78 min 356 sportkarını buraxıb. Bu modelin DNT-si indiki sportkarlarda da mövcuddur, ona görə də o, şirkət üçün Cayenne modeli qədər böyük əhəmiyyət kəsb edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.