Porsche şirkəti 718 Cayman GT4 RS variantı sayəsində 718 Cayman kupesinin modifikasiyalarını genişləndirmək fikrindədir. Yığcam sportkarın GT4 RS modifikasiyasının 4,0-litrlik mühərriklə təchiz ediləcəyi bildirilmişdir. Bu barədə, öz mənbələrinə istinadən Auto Express nəşri məlumat yaymışdır.
Xatırladaq ki, Porsche Cayman GT4 modeli 385 at qüvvəli 3,8-litrlik altısilindrli mühərriklə təchiz edilir.
Yerindən 100 km/saat həddinə GT4 modeli 4,4 saniyəyə sürətlənir və 295 km/saat maksimal sürət həddinə malikdir. “Şimal ilgəyini” qət etməyə avtomobilə 7 dəqiqə 40 saniyə kifayət edir. Nəşrin həmsöhbətləri bu addımın atılmasını Cayman GT4 modelinə olan yüksək tələbat sayəsində olduğunu bildirmişdirlər. Porsche 718 Cayman GT4 RS modelinin yaxın illər ərzində təqdim ediləcəyi ehtimal edilir. Bundan başqa, Porsche şirkəti bu il 911 sportkarının iki trek modifikasiyasını təqdim etməyə hazırlaşır. Porsche 911 GT3 modelinin yenilənmiş variantı yazda keçiriləcək Cenevrə avtosalonunda təqdim ediləcəkdir.
Bərkgedən GT3 modeli 500 at qüvvəsi gücə malik olan 4,0-litrlik turbomühərriki əldə edəcəkdir.
Autocar dərgisinin qeyd etdiyi kimi, Porsche 911 GT3 həm altı pilləli mexaniki, həm də iki muftalı robotlaşdırılmış PDK ötürmələr qutusu ilə təklif ediləcəkdir. İlin sonuna kimi isə 911 modelinin GT2 variantı işıq üzü görməlidir. Bu avtomobil Turbo S modelinin təkmilləşdirilmiş 3,8-litrlik altısilindrli turbomühərriki ilə təchiz ediləcəkdir. Mühərrikin gücünün 580 – 650 at qüvvəsi arasında olacağı ehtimal edilir.
Alman istehsalçısının mühəndislərinin bu mühərrikin 700 at qüvvəli modifikasiyasını sınadıqları da məlumdur, lakin belə mühərrikin seriya avtomobilinə quraşdırılması üçün su çiləmə sistemi ilə təchiz edilmədi lazımdır.
Bu səbəbdən də mühərrikin gücünün artırılmaması qərarı qəbul edilmişdir.