Porsche şirkəti avtomobil satışından ortalama 16387 avro qazanc əldə edir. Bu rəqəmi şirkətin 3,9 milyardlıq əməliyyat gəlirini 238 min satılmış avtomobilə bölən Bloomberg agentliyi dərc etmişdir.
Bloomberg agentliyində həmçinin Daimler və BMW şirkətlərinin hər satılan avtomobildən təxminən 4650 avro, Ferrari şirkətinin isə 83700 avro qazandığını hesablamışdırlar.
İtalyan istehsalçısının misalında bu məbləğə ciddi şəkildə təsir edən amillərin arasında aksessuar və mühərriklərin satışıdan, həmçinin firma əyləncə parklarından gələn gəlirlər də vardır. Bu maddə italyan istehsalçısının biznesinin 30 faizini təşkil edir ki, şirkət tərəfindən istehsal edilən avtomobillərin illik buraxılış həcmi ortalama 8 min nüsxəyə bərabərdir.
Son üç ildə Porsche şirkəti avtomobillərin illik buraxılışını 47 faiz artırmışdır. Bununla belə, satılmış avtomobillərin ümumi həcminin 40 faizi Macan krossoverinin payına düşür. 2016-cı ildə alman şirkətinin gəliri 2015-ci illə müqayisədə 14 faiz artmış, avtomobillərin satışından əldə edilən gəlir isə 9 faiz çoxalmışdır.