Porsche sahibləri yağlı əppəklərinin üzərinə çəkəcəyi cökə balını almaq şansını əldə ediblər. Alman şirkəti markanın Leypsiq şəhərindəki zavodunun ərazisində məskunlaşmış arıların topladığı ilk bal partiyasını satışa çıxarıb.
Hazırda zavodun 40 hektarlıq ərazisində arıların 25 kolonyası yaşayır. Bu təqribən 1,5 milyon ədəd arı deməkdir.
Bu ilin may ayından başlayan ilk mövsümdə arılar 400 kiloqram cökə balı yığıblar. Almaniyada arılar təbiətin qorunması haqqında federal qanuna və növlərin qorunması haqqında federal qaydalara uyğun olaraq qorunurlar. Bu, kənd təsərrüfatında pestisidlərin istifadəsi, yeni bakteriya və virusların peyda olması ucbatından arıların populyasiyasının azalması ilə əlaqədardır. Alman markasının təşəbbüsü bioloji müxtəlifliyi təmin edən həşəratların populyasiyasının artmasına yönəldilib.
Porsche şirkətinin ətraf mühitin qorunmasına yönəldilən bu layihəsini, avtomobil sənayesi üçün unikal layihə saymaq olar. Bal arılarından başqa, kompleksin ərazisində zubrların, eksmur ponilərinin və digər heyvan, quş və amfibiyaların koloniyası yaşayır.