Porsche şirkəti rəsmi olaraq unikal 911 Turbo S Exclusive Series kupesini təqdim etmişdir. Xüsusi seriyadan olan kupe 500 nüsxədən ibarət məhdud sayda tirajla buraxılacaqdır.

Nadir kupe qızılı-sarı metallik rəngli kuzova malikdir. Avtomobilin kapotuna və damlna karbonu xatırladan zolaqlar həkk edilmişdir. Kupe Golden Yellow aksentlərinə malik olan 20-düymlük təkər diskləri ilə təchiz edilmişdir.Sportkarın salonunda geniş tənzimləmələrə malik olan idman oturacaqları quraşdırılmışdır.

İnteryerin tərtibatında perforasiyalı dəridən, alkantara və karbondan istifadə edilmişdir. Porsche 911 Turbo S Exclusive Series sportkarı 606 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 3,6-litrlik altı silindrli mühərriklə təchiz edilir. yerindən 100 km/saat həddinə sportkar 2,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti elektronika tərəfindən 330 km/saat həddində məhdudlaşdırılmışdır.  

Bununla belə, alman istehsalçısı xüsusi seriyadan olan sportkarın qiymətini açıqlamamışdır. Şirkətdən bu avtomobilin modelin tarixində olan ən güclü və unikal sportkar olduğu bildirilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt