Meksika bazarında 15 illik fəaliyyətini qeyd edən Porsche şirkəti, bu yubileyi təntənəli şəkildə bayram etmək üçün xüsusi avtomobil buraxmışdır. Alman istehsalçı, yeganə nüsxədə hazırlanmış Porsche 911 Carerra S Mexico 15th Anniversary adlı sportkarı təqdim etmişdir.
Xüsusi avtomobil Porsche 911 Carrera S modelinin əsasında yaradılmışdır ki, bu sportkar da 420 at qüvvəli 3,0-litrlik mühərriklə təchiz edilir. Porsche Exclusive proqramı sayəsində ağ rəngə boyanmış kupe qırmızı və yaşıl zolaqlar dəstini, xüsusi modifikasiyanın adı həkk edilmiş kandar lövhələrini, Meksika bayrağını, xüsusi işıqlandırmanı və mərkəzi dirsəkaltındakı «15» loqotipini əldə etmişdir.
Bundan başqa, Sport Chrono dəsti sayəsində avtomobil GT sükan çarxı, 20-düymlük qara rəngli Carrera Sport təkər diskləri, işıqlandırmanı dinamik tənzimləyən işıqdiodlarından fənərləri və Sport Design arxa görüntü güzgüləri ilə təchiz edilir. İdman avadanlığı yeddi pilləli mexaniki ötürmələr qutusu, karbondan olan idman oturacaqları, idman buraxılış sistemi, 20 millimetr azaldılmış klirens və saxsı-karbon əyləc mexanizmləri ilə təmsil olunmuşdur.
Qırmızı dəri ilə örtülmüş salonda yüksək kefiyyətli Burmester səs sistemini də görmək olar. Hal-hazırda Porsche 911 Carrera S Mexico 15th Anniversary modelindən nümayiş məqsədləri ilə istifadə edilir. 2017-ci ildə anoloji xarakteristikaları olan 15 ədəd sportkarın istehsal edilməsi nəzərdə tutulmuşdur. Yubiley avtomobili isə xeyriyyəçilik hərracında satılacaqdır.