Yarış avtomobilləri hazırlayan Porsche Motorsport bölməsi Belçikada yeni Porsche 911 GT3 R idman avtomobilinin təqdimatını keçirib. 992-ci nəsildən lan kupenin əsasında hazırlanan yarış avtomobili üzərində çalışmalara 2019-cu ildə başlanılıb və onun yarışı debütü 2023-cü il mövsümündə baş tutmalıdır. Almanlar yeni sportkarın dünya üzrə bir çox nüfuzlu GT3 sprint və marafon yarışlarında qalib gəlmiş sələfi kimi uğurlu olacağına ümid edirlər.
Modelin əsas xüsusiyyəti onun mühərrikdir. 911 RSR yariş sportkarındakı kimi, əsas olaraq altısilindrli oppozit mühərriki götürülüb. Mühərrikin həcmi 5% artırılaraq 4,0-dən 4,2 litrə çatdırılıb. Atmosfer aqreqatının gücü 565 at qüvvəsinə qədər artırılıb, eyni zamanda fırlanma anı və gücün artması xətti bütün dövrələr dizapazonunda optimallaşdırılıb.
Çəkinin daha yaxşı paylanması üçün generator və kondisionerin kompressoru mühərrik və transmissiyanın qarşısındakı boşluğa doğu aşağı endirilib, diffuzora lazım olan məkanı təmin etmək üçün isə, mühərriki 5,5 dərəcə irəli əyiblər.
Mühərrik sükanaltı dəstəkləri olan 6-pilləli sekvental ötürmələr qutusu ilə tandemdə çalışır. Yeni 911 GT3 R modeli idarəetməni yaxşılaşdıran, təkərlərin yeyilməsini azaldan və tənzimləmələrə düzəlişləri asanlaşdıran yenidən işlənmiş asqını alıb.
Bundan əlavə, avtomobilin təkər bazasını arxa oxu geri çəkməklə uzadıblar - məqsəd arxa şinlərə düşən yükü və onların yeyilməsini azaltmaqdır. Yarış sportkarı daha səmərəli AP əyləcləri və ABS sisteminin yenilənmiş yarış versiyası ilə təchiz edilib.
Demək olar ki, bütün kuzov panelləri karbon, təkər tağları isə aramid liflərindən hazırlanıb. Arxa antiqanadda “qu quşu boynu” bağlayıcısı tətbiq edilib ki, bu da hamar altlıq ilə birlikdə yerəbasma qüvvəsini artırır və avtomobilin ətrafındakı hava axını optimallaşdırır.
Kupenin LED fənərləri Porsche 963 prototipində istifadə edilən kollimator texnologiyasına əsaslanır ki, bu da, yarış trekinin işıqlandırılmasının səmərəliliyini artırmağa imkan verir.
Salon optimallaşdırılmış təhlükəsizlik qəfəsinə və yan zərbələrdən əlavə müdafiəyə malikdir. Pilotun oturacağı salonn mərkəzinə yaxınlaşdırılıb, sükan çarxı və pedallar tənzimlənir, altınöqtəli təhlükəsizlik kəmərləri optimallaşdırılıb - onların dilləri xüsusi panduslar boyunca bərkidiciyə doğru daha sürətlə sürüşür ki, bu da pit-stop və pilot dəyişikliyi zamanı təxminən bir saniyəyə qənaət etməyə imkan verir. 10,3-düymlük rəngli displeylə təchiz edilmiş çoxfunksiyalı sükan çarxının tərtibatı da optimallaşdırılıb. Yeni Porsche 911 GT3 R modelinə sifarişlər artıq qəbul edilir. Yarış kupesinin qiyməti 511 min avrodan başlayacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.