Porsche şirkəti yeni növ təhlükəsizlik yastıqlarını qeydiyyatdan keçirmişdir. Alman şirkətinin mühəndisləri təhlükəsizlik yastıqlarını kabrioletlətin ön dayaqlarına quraşdırmağı təklif edirlər.
Yeni təhlükəsizlik yastıqları qəza zamanı sürücünün başının ön hava yastıqlarından sürüşərək yandakı dirəyə dəyməsinin qarşısını almaq məqsəqini güdür. Porsche şirkətindən bu yastıqların kabrioletlərin sərnişinlərinin təhlükəsizliyini daha da artıracağını qeyd etmişdirlər.
Bununla belə, yeniliyin seriya avtomobillərində nə zaman tətbiq ediləcəyi bildirilməmişdir. Eyni zamanda, yeni növ yastıqların yalnız üstü açıq avtomobillər üçün nəzərdə tutulmasına baxmayaraq, onların bağlı kuzovu olan modellərdə də tətbiq ediləcəyi istina edilmir.