Sükan, pedallar və ehtimal ki, mexaniki ötürmələr qutusu Porsche modellərinin labüd atributu olaraq qalacaqdır. Hətta, ən müasir avtonom idarəetmə sistemlərinin tətbiq edilməsi belə, şirkəti onlardan imtina etməyə məcbur etməyəcəkdir.
«Bu sistemlər müəyyən vəziyyətlərdə idarəetməni elektronikanın üzərinə yükləyərək yardım edirlər, - Porsche şirkətinin şimaliamerikan bölməsinin direktoru Klaus Zellmer Motor Authority nəşrinə müsahibəsində bildirib. - Lakin, bu yardım heç zaman həzz vermir. Avtomobillərimizdə sükan, pedallar və böyük ehtimal mexaniki qutunu qoruyub-saxlamaq istəyirik ki, müştərilərimiz sərbəst şəkildə avtomobili idarə edərək həzz alsınlar».
Məlum olduğu kimi, hazırda Porsche InnoDrive adaptiv kruiz-kontrol sistemini təklif edir. Bu sistem öz fəaliyyətində nəindi radar və kameralardan, eyni zamanda naviqasiya sisteminin məlumatlarından da istifadə edir. InnoDrive trafiki və yerli məkanın relyefini nəzərə alaraq yaxın üç kilometr üçün optimal hərəkət alqoritmini hesablayır. Adaptiv kruiz-kontrol panamera və Cayenne modelləri üçün əlçatandır. Porsche 911 və 718 sportkarları bu sistemlə təchiz edilmirlər.
Gələcək Porsche modelləri əlbəttə ki, üçüncü və dördncü səviyyəli avtonom idarəetmə sistemləri ilə təchiz ediləcəkdirlər. Məsələn, Porsche onunla birlikdə Volkswagen qrupuna daxil olan Audi şirkətinin bu sahədə olan texnologiyalarından istifadə edə bilər. Lakin, alıcılara hər zaman avtomobili sərbəst idarə etmək imkanı veriləcəkdir.