Porsche şirkəti ən güclü 911 sportkarı üçün nəzərdə tutulmuş qeyr-adi opsiyanı təqdim edib. Tamamilə karbondan hazırlanmış təkər disklərini, xüsusi Exclusive Series seriyasından olan, 607 at qüvvəli Porsche 911 Turbo S sportkarlarda quraşdırmaq təklif edilir.
Disklər hörmə karbon lifləri texnologiyasından istifadə etməklə hazırlanır və tamamilə karbonla gücləndirilmiş plastikdən ibarətdir. Onlar analoji yüngüllehimli disklərdən 20% yüngül (minus 8,5 kiloqram) və möhkəmdirlər. Karbondan olan disklərin istehsalı iki yüzdən çox komponentin emalını nəzərdə tutur. Materialın hazırlanması üçün istehsalçı dünyada olan ən iri hörmə dəzgahından istifadə edir.
Onun diametri təxmini olaraq doqquz metrə bərabərdir. Hər bir disk səkkiz kvadrat metr karbon materialından hazırlanır.
Yığılmadan sonra disklərə qətran hopdurulur və onlar yüksək temperatur və təzyiqlə möhkəmləndirilirlər. Növbəti mərhələdə diskləri lakla örtərək mürəkkəb rəngləmə prosesinə başlayırlar. İlkin olaraq, diskə qızılı, sonra isə qara rəng vurulur. Növbəti mərhələdə lazer vasitəsi ilə qara rənglin bir hissəsi silinir ki, bu da diskə xüsusi görkəm bəxş edir. Mərkəzi bərkidilməsi olan 20-düymlük karbon disklərinin dəstinin qiyməti Almaniyada 15232 arvo təşkil edir.
Porsche şirkətindən bu sayaq texnologiyanın dünya avtomobil sənayesində ilk dəfə tətbiq edildiyini bildiriblər.