Top 5 seriyasının növbəti epizodunda Porsche şirkəti öz tarixində olan ən gurultulu avtomobillər barədə danışıb. Bunu aydınlaşdırmaq üçün, aparıcı Jan Pyer Kramer və Porsche marketoloqu Benjamin Maryanak özləri ilə səs ölçən aparatı götürərəkmarkanın Zuffenhauzendəki muzeyinə yollanıblar.
Porsche markasının ən gurultulu avtomobilləri 911 SC Safari, 911 RSR, 928 Trigema, 804 Formül 1 və 911 Carrera RSR Turbo 2.1 modelləri seçiliblər. Sonuncu 500 at qüvvəsinə yaxın gücə malik olan 2,14-litrlik oppozit mühərriki və beş pilləli mexaniki transmissiya ilə təchiz edilib. Şirkət cəmi dörd ədəd Porsche 911 RSR Turbo modeli istehsal edib.