Beş il əvvəl Taycan Porsche brendinin ilk seriya elektromobili olub və alıcılar onu yaxşı qarşılayıblar. Satış həcminə görə Taycan elektrokarı 718 və Panamera modellərini ötüb və ötən il daha bir satış rekorduna imza atıb: 2023-cü ildə 40 629 avtomobil satılıb (+ 17%). İndi elektromobilin yenilənmiş versiyası debüt edib və o, ən güclü və ən dinamik Porsche avtomobili olub.

Taycan modelinin xarici görünüşü köklü şəkildə deyil, seçmə üsulu ilə dəyişdirilib. Əsas yenilik ölçüləri böyümüş ön fənərlər, Taycan və Taycan 4S versiyaları isə, "qançırlarını" itirib, bunun sayəsində daha "təmiz" və lakonik görünüşə sahib olublar.

Lakin Turbo və Turbo S modifikasiyaları, dəyişdirilmiş formada olsa da, şaquli əlavələri saxlıblar. Bamperlər yenidən dizayn edilib və arxa işıqları birləşdirən zolaqda müxtəlif işıqlandırma rejimlərinə malik olan üçölçülü “Porsche” yazısı ortaya çıxıb. Kuzov rənglərinin palitrası da genişləndirilib.

Salon demək olar ki, dəyişməyib. O, artıq “bazada” interyer həqiqi dəri ilə üzlənir, lakin Porsche şirkəti Race-Tex mikrofiberi və yun parça birləşməsindən hazırlanmış ekoloji cəhətdən daha təmiz variantları da təklif edir.

Əvvəllər xəbər verildiyi kimi, mediasistemi Apple CarPlay servisi ilə dərin inteqrasiyaya malikdir, habelə cəldlik və istifadə rahatlığını yaxşılaşdıran yenilənmiş interfeysi əldə edib. Standart təchizata qadcetlərin simsiz doldurması sistemi, zolaqda saxlama və dəyişdirmə köməkçisi, kontur işıqlandırması və şarj infrastrukturu ilə qarşılıqlı əlaqəni təmin edən xüsusi köməkçi daxildir.

Əsas dəyişikliklər texniki hissədə gizlidir. Məsələn, yeni yüngülləşdirilmiş dartma batareyaları peyda olub. Taycan və Taycan 4S versiyalarının dartma batareyasının tutumu 79,2-dən 89 kilovat/saata, Turbo və Turbo S variantlarının isə, 93,4-dən 105 kilovat/saata qədər artırıb.

Onların 800 voltluq arxitekturası və daimi cərəyanlı şarj cihazının gücü (270-dən 320 kilovata qədər) cəmi 18 dəqiqə ərzində batareyanı 10 faizdən 80 faizə qədər doldurmağa imkan verir.

Elektrik mühərriki, ötürmələr qutusu və güc elektronikasını birləşdirən universal enerji blokları da modernləşdirməyə məruz qalıb. Onların xüsusi enerji səmərəliliyi və enerji təchizatı yaxşılaşdırılıb, rekupersiyanın pik gücü isə, 290-dan 400 kilovata yüksəldilib.

Arxa ötürməli Taycan modeli əvvəlki kimi, 408 at qüvvəsinə malikdir, lakin 100 km/saata sürətlənmə 5,4-dən 4,8 saniyəyə endirilib, yürüş ehtiyatı isə, WLTP dövrünə əsasən 592 kilometrə çatır.

Tam ötürməli Taycan 4S daha güclü (530 əvəzinə 544 at qüvvəsi) və daha sürətli (4,0 əvəzinə 3,7 saniyə) olub, lakin onun yürüş ehtiyatı bir qədər azıdr - 561 kilometr.

Taycan Turbo versiyasının ikimühərrikli güc qurğusu əvvəlki 680 at qüvvəsinin əvəzinə 884 at qüvvəsi hasil edir. 100 km/saat sürətlənmə 3,2 saniyə əvəzinə 2,7 saniyə çəkir. Pasport üzrə yürüş məsafəsi əvvəlki 450 kilometrə əvəzinə 634 kilometrdir.

Modifikasiya çeşidinin zirvəsində qərarlaşan Taycan Turbo S versiyasının ikimühərrikli güc qurğusunun hasilatı 761-dən 952 at qüvvəsinə qədər artırılıb. Bununla belə, maksimal fırlanma anı o qədər də əhəmiyyətli dərəcədə artmayıb: 1 050-dən 1 110 Nm-ə qədər.

Yürüş məsafəsi 634 kilometrdir, 100 km/saata sürətlənməyə isə, 2,8 saniyə əvəzinə cəmi 2,4 saniyə gərəkdir. Porsche onun ən güclü və dinamik seriya avtomobili olduğunu bildirib. Hətta ən ekstremal Porsche 911 Turbo S modeli bu işə 2,7 saniyə sərf edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əlbəttə ki, rekord xarakteristikalarına və qabaqcıl avadanlıq üçün əlavə pul ödəmək gərəkdir. Məsələn, Almaniyada hətta Porsche Taycan baza versiyasının qiyməti 93 139 avrodan 101 500 avroya, Turbo S top versiyasının isə, 197 740 avrodan 209 900 avroya qədər artıb. Yenilənmiş sedanlar ilə yanaşı, yenilənmiş universallara - adi Taycan Sport Turismo və hündürləşdirilmiş Taycan Cross Turismo modellərinə də sifraişlər qəbul olunur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.