Porsche şirkəti ilk elektrokarı olan Taycan modeli üçün karbondan hazırlanmış aksesuarlar və yeni təkər diskləri ilə təchiz edib.

Porsche şirkətinin Exclusive Manufaktur bölməsi Taycan elektrik sedanı üçün karbon dəstini buraxıb. Ştutqart istehsalçısının Turbo versiyasında təklif etdiyi elektromobil, karbon lifindən hazırlanmış və parlaq lak ilə örtülmüş bir sıra aerodinamik elementləri əldə edib. Sport Design Carbon dəstinin tərkibinə ön bamperin splitteri, arxa bamperdəki diffuzor və yan kandar örtükləri daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan əlavə, Porsche şirkəti Taycan modeli üçün xırdalanmış və preslənmiş karbondan hazırlanmış aerodinamik «bıçaqları» olan 21-düymlük Exclusive Design təkər disklərini təklif edır.

Elektrokarın salonunda da karbon üçün yer tapılıb: indi elektrikl sedanı üçün tutqun rəngli karbondan hazırlanmış işıqlandırılan Taycan Turbo kandar lövhələrini, qapı xəritələrinin və mərkəzi konsolun tərtibat elementlərini sifariş etmək olar.