İspaniyanın Km77.com nəşri Porsche Taycan Turbo S elektromobilinin sınaqları zamanı çəkilmiş videohesabatı yayıb. Alman elektrokarı “sığır testini” 78 km/saat sürətlə keçib.
Avtomobillər üçün ən çətin sınaqlardan biri olan “sığır testi”, onların yüksək sürətdəki idarəolunma xüsusiyyətlərini yoxlamaq üçündür. Avtomobil yüksək sürətlərdə kəskin manevrlər edir və bu manevrləri konuslara toxunmadan həyata keçirməlidir. “Uğursuzluq” dedikdə, avtomobilin manevr edərkən sürüşməsi və ya xarici təkərlərə qalxması nəzərdə tutulur. Yaxşı nəticə dedikdə isə, avtomobilin bu sınağı ən azı 70 km/saat sürəti ilə keçməsi gərəkdir.
Taycan Turbo S modelinin belə problemləri olmayıb, amma elektrokarın nəticəsini təsiredici adlandırmaq çətindir. İş orasındadır ki, elektromobil 76 km/saat sürətində bir konusa çırpılbı və ikincisinə toxunub. Lakin, 78 km/saat həddində artıq səhvlər olmayıb. Qeyd etmək gərəkdir ki, 2019-cu ildə Tesla Model 3 elektrokarı “sığır testini” daha yüksək sürətlə (saatda 83 kilometr) heç bir konusa toxunmadan həyata keçirib.
Bu yaxınlarda “sığır testinin” öhdəsindən gələ bilməyən modellərin siyahısına BMW M235i xDrive GranCoupe və Mercedes-AMG A 45 S daxil ediliblər. Eyni zamanda, Skoda Superb, Volkswagen Passat və Jaguar I-Pace modelləri də kəskin manevrlər zamanı problemlər ilə üzləşiblər.