Porsche həvəskarlarının səbirsizliklə gözlədiyi avtomobillərdən biri də, almna markasının ilk elektrokarı olacaq Taycan modelidir. Bu günə qədər dəfələrlə elektrokarın prototiplərinin müxtəlif şəkilləri dərc edilərək, müəyyən məlumatlar da səsləndirilib.
Bu günlərdə Nürburqrinqin “Şimal ilgəyində” keşik çəkən paparazzilərə Taycan modelinin Sport Turismo üslubunda kuzova malik olan prototipinin şəkillərini çəkmək qismət olub. Qeyd etmək lazımdır ki, Taycan Sport Turismo adi liftbekdən yalnız dam xətti, arxa dayaq, arxa alın və yan şüşələrin forması ilə seçilir. Texniki cəhətdən isə, Porsche Taycan Sport Turismo modelinin liftbekdən heç nə ilə fərqlənməyəcəyindən şübhə etməmək olar.
2014-cü ildən Taycan xəttinin yaradılması ilə məşğul olan Ştefan Vekbax elektrokarın Porsche avtomobillərinin əsas xarakteristikalarına cavab verdiyini bildirib. Söhbət dinamika, emosiya və keyfiyyətdən gedir. Bu, həmçinin material seçimində də özünü büruzə verir. Lakin, Porsche avtomobillərinin əsas cəhəti sürücünün idarəetmə prosesinə cəlb edilməsidir ki, bu sahədə Taycan da digər Porsche avtomobillərindən fərqlənmir. Vekbax bir avtomobildən digərinə keçərkən, yeni avtomobilə adaptasiya prosesi bir neçə dəqiqə çəkəcəkdir.
Porsche şirkətinin rəhbəri Oliver Blyum Taykan modelini İsveçdəki Aryepluq poliqonunda sınaqdan keçirib və avtomobilə heyran qaldığını bildirib. Blyum mühəndislərin şassinin optimal tənzimləmələrini seçdiklərini və elektrokarı ənənəvi güc aqreqatları olan Porsche avtomobillərinə bənzər etdiklərini bildirib. Yüksək tələbatı nəzərə alan Porsche şirkəti planlaşdırılan istehsal həcmini artırmaq məsələsinə baxır.
Eyni zamanda, Blyum Taycan modelini müxtəlif həcmləri batareyaları olan iki versiyada təklif ediləcəyini bildirib. İlkin olaraq bazara güclü modifikasiya çıxarılacaqdır. Kiçik həcmli batareya ilə təchiz edilən Taycan modelinin qiyməti 100 min avro təşkil ediləcəkdir. Porsche Taycan modelinin bazasında Cross Turismo elektrik kross-universalı inşa ediləcəkdir. Bu modelin istehsalına 2020-ci ildə başlanacaqdır.