Honq Konqda fəaliyyət göstərən RevoZport Racing Technology şirkəti Porsche Taycan elektrik sedanı üçün iki kuzov dəsti variantını təqdim edib. İlk aerokit GTZ adlandırılıb və tünerin GT3 RS mövzusuna olan fantaziyasını nümayiş etdirir. İkinci variant Revoluzione adlandırılıb və “Taycan modelinin dəbdəbəli qrand turer mahiyyətini” açıqlayır.
Hər iki dəst də karbondan hazırlanmış elementlərin və iki hissəli RevoZport təkər disklərinin qurşadırılmasını nəzərdə tutur. Taycan GTZ dəsti GT3 RS modelinin görünüşünü nümayiş etdirmək cəhdidir - əlbəttə ki, belə bir Taycan modeli olarsa. Sedan “qaz boynu” dayaqlarında quraşdırılmış antiqanadı, 918 Spyder modelinin üslubunda diffuzoru, yan ətəkləri, kanardalrı və vinqletli splitteri əldə edəcəkdir. Bundan əlavə, GTZ versiyasında Revoluzione variantında olmayan bir şey var - ön diskdəki turbofan-qapaqlar. Bu qapaqlar əyləcləri soyudur və yerəbasma gücünü bir qədər artırır.
Revoluzione dəsti, əsasən GTZ ilə eyni olsa da, birinci dəstin aqressivliyinin əksidir. Bu, aerokitin bir qədər az yerəbasma gücü yaradan və buna görə də elektromobilin real yürüş ehtiyatına güclü təsir etməyən “sakit” variantıdır. Hətta tünerin özü Revoluzione kuzov dəstinin “Taycan modelinin dəbdəbəli qrand turer mahiyyətini” vurğulamaq üçün hazırlandığını söyləyir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.