Porsche şirkəti model ili dəyişikliyi səbəbindən Taycan elektromobillərinin alacağı genişmiqyalı yeniləmələr barədə məlumat verib. Yeni funksionallıq nəslindən və kuzov tipindən asılı olmayaraq bütün Taycan modellərinin sahiblər üçün əlçatan olacaqdır.
Proqram yenilənməsi zamanı Taycan modellərinin multimedia sistemi yenilənmiş interfeysi, təkmilləşdirilmiş səs və parkinq köməkçisini alacaq. 2022-ci ilin fevralına qədər istehsal edilmiş avtomobillər Spotify musiqi xidmətinə birləşdirəcək, Android smartfon sahibləri üçün simsiz qoşulma əlçatan olacaqdır.
Naviqasiya yaxınlıqdakı enerji doldurma stansiyalarının gücü haqqında məlumatları göstərə biləcəkdir ki, bu sürücülərə “yüksəksürətli” kompleksləri tez tapmağa yardım etməlidir.
İki mühərrikli Taycan modelləri Normal və Range rejimlərində rəvan gedərkən ön güc aqreqatını ayırmaq imkanına malik olacaqlar. Bundan əlavə, yeniləmə enerjinin bərpası sisteminin işini optimallaşdıracaqdır. Bütün bunlar güc ehtiyatını artırmağa imkan verəcəkdir.
Təkmilləşdirmələr batareyanın istilik idarəetmə sistemini də əhatə edəcəkdir ki, bu da soyuq havalarda batareyanın enerjini daha tez bərpa etməyə imkan verəcəkdir.
Digər bir bonus qapıları və baqaj qapağını açarsız açmaq imkanı olacaqdır. Elektromobil sahibləri üçün bütün yeniləmələr pulsuzdur. Proqram təminatını yeniləmək üçün Porsche şirkətinin dilerlərinə baş çəkmək gərəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.