Porsche şirkəti Taycan elektromobilləri üçün proqram təminatının yenilənməsini hazırlayıb. Ödənişsiz yeniləmə, yeni xüsusiyyətlərin əlavə olunması sayəsində, elektromobilləri daha sürətli və daha “ağıllı” edəcəkdir.
Alman markası keçən ilin payızında 2020-ci model ilinin elektromobilləri üçün əlçatan olan ilk genişmiqyaslı yenilənməni həyata keçirmişdi. İndi isə, Taycan modelinin Turbo S versiyası daha yeyin sürətlənir: elektrokar 200 km/saat həddinə sürətlənməyə 9,6 saniyə sərf edir ki, bu da əvvəlkindən 0,2 saniyə azdır.
Adaptiv pnevmoasqı ilə təchiz olunmuş Taycan modeli, yenilənmə zamanı Smartlift funksiyasını əldə edib. Sistem təkrarlanan marşrutlardakı kələ-kötürlərin yerini “yadda saxlayır” (məsələn, “uzanmış polislərin”) və klirensi avtomatik olaraq artırır.
Digər yaxşılaşdırmalar batareya və enerjinin doldurması ilə əlaqədardır. Artıq Taycan təyinat məntəqəsinə çatmağa imkan verən cərəyan səviyyəsini hesablaya bilər. Eyni zamanda, sistem yükləməni dayandırıb yola çıxmağın nə vaxt mümkün olduğunu mobil tətbiqetmə vasitəsi ilə xəbər verir.
Bununla yanaşı, yükləmənin gücünü 270-dən 200 kilovata endirən rejim də peyda olub - bu, batareyanın temperaturunu azaltmağa imkan verir və erkən aşınmanın qarşısını alır. Əlavə olaraq, bu ilin sonunda sedanları 22 kilovatlıq yükləmə cihazı ilə təchiz etmək də mümkün olacaqdır.
Nəhayət, Taycan modelinin naviqatoru daha çox məlumatı əks etdirir. Məsələn, naviqator real vaxt rejimində əldə edilən və zolaq üzrə dəqiqliklə yol hərəkəti haqqında məlumatları göstərə bilər. Artıq Porsche Communication Management multimedia sistemin üçün Apple Podcasts da daxil olmaqla iPhone tətbiqetmələri əlçatandır. Android smartfonları ilə inteqrasiya əvvəlki kimi nəzərdə tutulmayıb.
Yeniləmənin yalnız proqram təminatı ilə əlaqəli olmasına baxmayaraq, Taycan sahiblər yenə də diler satış mərkəzlərini ziyarət etməli olacaqlar. Porsche şirkəti bunun təhlükəsizlik ilə bağlı olduğunu bildirib: yeniləmənin güc qurğusunu və avtomobilin digər vacib sistemlərini əhatə etdiyindən, alman istehsalçısı elektromobillərin sahiblərinə tam işlək vəziyyətdə qaytarıldığından əmin olmaq istəyir.
Bir müddət bundan öncə, Porsche şirkəti Taycan ailəsini genişləndirəcəyinə işarə edib. Mart ayının əvvəlində Cross Turismo universalının təqdimatından sonra, şirkətin elektromobilinin ikiqapılı və digər beşqapılı versiyasını buraxmaq planlarının olduğu üzə çıxıb.