Dünya qəzetlərinin birinci səhifələrində yer alan Tayvan adası yenə də diqqət mərkəzindədir, amma bu dəfə söhbət sülhsevər hadisədən gedir. Porsche brendi Tayvandakı fəaliyyətinin yarım əsrlik yubileyinin qeyd edir və bu əlamətdar hadisənin şərəfinə yeganə nüsxədə buraxımlş Porsche 911 Carrera GTS-50 Year Anniversary One of Kind kupesini hazırlayıb. Avtomobil xeyriyyə hərracında satılacaq, onun satışından əldə edilən gəlir isə, Dream Together fonduna yönəldiləcəkdir.
“1972-ci ildə Porsche həvəskarı olan Tan ailəsi bütün maneələri aradan qaldıraraq, Tayvanda ilk Porsche avtomobilini təqdim edib”, - yeniliyi təqdim edən Porsche Taiwan şirkətinin baş direktoru Kristian Nater bildirib. Brendin adadakı satışlarına başlamasının 50 illiyi şərəfinə Porsche şirkəti və Exclusive Manufaktur bölməsi Porsche Taiwan ilə birlikdə unikal idman avtomobilini hazırlayıblar.
Yubiley avtomobilinin əsası kimi, 480 at qüvvəli 3,0-litrlik turbomühərrik və 8-pilləli PDK transmissiyası ilə təchiz edilmiş arxa ötürməli Porsche 911 Carrera GTS kupesi götürülüb. Texniki cəhətdən avtomobil dəyişməyib - bütün təkmilləşdirmələr eksteryer və interyer tərtibatında baş verib.
İdman avtomobili Irish Green rənginə boyanıb ki, bu həm 1972-ci ildə Tayvanda rəsmi olaraq satılan Lizard Green rəngli il Porsche 911E sportkarına ithafdır, həm də əsasən həmişəyaşıl meşələrlə örtülmüş subtropik ada kimi tanınan Tayvanı təmsil edir. Avtomobilin kandarlarında adanın Matte White çaları ilə işlənmiş sahil xətti çəkilib. Kupenin əsas xüsusiyyəti kuzov rəngində aksentləri olan qara rəngli Turbo S Exclusive Design təkər diskləridir.
Salonda ön panelin sərnişin tərəfindəki hissəsində “911 Carrera GTS” və “50 Years Porsche in Taiwan” loqotipləri həkk edilib, kandarlarda isə “50 Years Porsche in Taiwan” yazısı olan alüminium lövhələr peyda olub. Mərkəzi dirsəkaltının qapağına isə, Tayvanın sahil xətti və “50” yazısı basma-naxışı vurulub. Salon qara dəri və seçilən ağ tikişləri olan alkantaranın birləşməsi ilə üzlənib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.