Qızıl külçələrin istehsalı və satışı ilə məşğul olan Barid&Co (london) şirkəti Porsche Panamera Sport universallarını 10 milyon funt-sterliq dəyərindəki qiymətli metalların nəqli üçün istifadə edib. Üç avtomobil firmanın istehsal meydançasından Hatton Qardendəki şou-ruma qədər olan 19 kilometrlik məsafəni heç bir hadisə baş vermədən qət ediblər.
Hər bir Porsche avtomobili Barid&Co şirkətinin sərt tələblərinə cavab verməli idilər. Avtomobilin salonunda dörd sərnişin, baqajında isə hər birinin çəkisi 10 kiloqram olan iki xüsusi hazırlanmış qutunu yerləşməli idi. Hər bir qutuda ümumi çəksis 12,5 kiloqram olan 4 külçə vardı. Hər bir avtomobildə daşınan yükün qiyməti 3,3 milyon funt-sterlinq təşkil edib. Ümulikdə, Porsche universallarında 300 kiloqram qızıl daşınıb.
Barid&Co şirkətinin rəhbəri Nik Hammondun sözlərinə görə, bu adi nəqliyyatdan istifadə olunaraq qızılın ən iri daşınması hadisələrindən biridir. Şirkətdən əsas şərtin avtomobillərin sürətli olmasının deyil, onların yoldakı sabitliyi və incə yükün zərər görmədən daşınması olub.
Yük daşınması üçün Porsche Panamera Sport Turismo modelinin iki Turbo və bir Turbo S E-Hybrid modifikasiyası istifadə olunub. Porsche Panamera Turbo Sport Turismo modeli 558 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 4,0-litrlik biturbo V8, hibrid universalı isə 680 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən qurğu ilə hərəkətə gəlir.