Porsche və miniven. Məncə heç də xoş səslənmir. Buna baxmayaraq, alman markasının assimetrik salonu və qabaqcıl avtopilotu olan Vision Renndienst konseptual miniveni haqqında söhbət açmaq məcburiyyətindəyik. Yəqin ki, gələcəkdə Porsche markasının belə bir miniven buraxcağının şahidi də olan bilərik. Necə deyərlər, sən saydığını say...
Beləliklə, adını çəkdiyimiz konseptual miniven mərkəzdə yerləşən və 180 dərəcə dönən sürücü oturacağına malikdir. İkinci cərgədə iki kreslo, üçüncü cərgədə isə üçnəfərlik divan quraşdırılıb. Ən maraqlısı odur ki, avtomobilin bir tərəfində şüşələnmə olsa da, digər tərəfi tamamilə bağlıdır. Porsche mütəxəssislərinin bildirdiyinə görə, bağlı tərəf sərnişinlərdə müdafiə olunduqları barədə hiss yaratmalıdır.
Porsche Vision Renndienst. İlkin versiya
Qeyd etmək gərəkdir ki, konsept avtomobili heç də yeni deyil: miniveni ilk dəfə 2020-ci ildə Porsche Unseen layihəsi çərçivəsində nümayiş etdiriblər. O zaman Vision Renndienst konseptinin yalnız eksteryeri nümayiş etdirilmişdi. İndi isə avtomobilin daxildən öyrənmək imkanı verilir.
Minivenin salonu altı nəfərə hesablanıb. Sürücü oturacağı mərkəzdə quraşdırılıb və 180 dərəcə dönə bilir. Ön panelin hər iki tərəfində ekranlar, mərkəzi hissəsində isə cihazlar yerləşir. Minivenin yan qapıları sürüşdürülərək açıqlandırlar və cərgələrin hər birinə rahat keçidi təmin edirlər.
Porsche şirkəti texniki təfərrüatları açıqlamayıb, lakin minivenin elektrik ötürməsi ilə hərəkətə gəldiyi məlumdur. Minivenin təchiz edildiyi avtopilot isə, sürücüyə nəinki əllərini sükandan götürməyə, hətta yoldakı vəziyyətə nəzarət etməməyə belə imkan verir.
Əvvəllər alman markası, Vaysaxdakı dizayn studiyasının sirlərinə həsr edilmiş Porsche Unseen (əvvəllər göstərilməyən) layihəsi çərçivəsində, 1950-ci illərin üslubunda dizayna malik olan spidsteri və dözümlülük çempionatında iştirak edən sportprototipləri xatırladan hiperkarı nümayiş etdirib.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.