Porsche mühəndisləri 992 indeksli 911 idman avtomobili üçün iki yeni staylinq dəstini hazırlayıblar. Dəst iki versiyada təklif olunur: idman SportDesign və onun əsasında yaradılmış aerodinamik Aerokit .
İdman paketinin tərkibinə spoyleri olan xarakterik ön ətək və nömrə yeri bir qədər yuxarı qaldırılmış başqa arxa bamper daxildir. Sonuncu dəyişiklik yeni hava kanalını və səsboğucu sistemin çıxış borularını yerləşdirməyə imkan verir. Bundan başqa, vizual olaraq avtomobili aşağı “endirən” yan ətəklər də əlçatandır.
Əlavə ödənişlə, SportDesign dəstinin bazasında yaradılmış Aerokit aerodinamik dəstini də sifariş etmək mümkündür. Bu dəst bir sıra yaxşılaşdırmalara sahibdir – bunlara misal kimi, xarakterik ön spoyleri və sabit şəkildə bərkidilmiş arxa qanadı göstərmək olar.
Yeni staylinq dəstləri Porsche Mərkəzində hazırlanmışdır. Mühəndislərə dizayn və funksionallığın vəhdətini yaratmaq üçün bir neçə ay vaxt tələb olunub. Aerokit dəstlərin sadəcə gözəlliyi deyil, həmçinin aerodinamik effektivliyi təmin etdiyindən əmin olmaq üçün, onu aerodinamik boruda sınaqlardan keçiriblər.
Aerodinamik kuzov dəstinin bütün hissələri soyuq və isti hava şəraitlərində sınaqdan keçirilib - sınaq avtomobilləri 90 min kilometrdən çox məsafəni qət ediblər. Bundan başqa, Aerokit dəstini Nardo yarış trekində də sınaqdan çıxarıblar. Ümumilikdə, prototiplər trekdə 55 min kilometr məsafə qət ediblər.
Hər iki paket həm kuzov rəngində, həm də parlaq qara tərtibatda təklif olunur. Bu dəstləri Porsche 911 Carrera modeli üçün də sifariş vermək mümkündür. Aerodinamik sətin qiyməti 6.910 dollardır.