992 seriyasından olan Porsche 911 ailəsində növbəti artım gözlənilir: kupe və kabriolet kuzovlu modellərə tarqa kuzovlu versiya qoşulacaqdır. Alman istehsalçısı yeni videotizeri dərc edəcək, qarşıdan gələn debütün nədən qeyri-adi üslubda keçiriləcəyini izah edib.
Səkkizinci nəsil Porsche 911 Targa sportkarının sınaq protoipləri casuslara qış aylarında rast gəlmişdilər. İlkin olaraq, sportkarın təqdimatının Pekin avtosalonunda keçirilməsi nəzərdə tutulsa da, sərgini koronavirus ucbatından təxirə salmışdılar. Porsche şirkəti təslim olmayaraq təqdimatı öz adına olan tennis turnirində keçirmək istəsə də, bu turnir də koronavirus ucbatından tamamilə dayandırılıb. Porsche təqdimatı öz muzeyində keçirmək variantını da nəzərdən keçirib - lakin, muzey koronovirus səbəbi ilə uzun müddətdir ki bağlıdır.
Sonunda alman istehsalçısı təqdimatı rəqəmsal formatda keçirmək qərarına gəlib. Onlayn rejimində baş tutacaq təqdimat 9:11 Magazine kanalında 18 may tarixində keçiriləckdir. Çox güman ki, təqdimat zamanı 385 at qüvvəli Porsche 911 Targa və 450 at qüvvəli 911 Targa S sportkarları nümayiş etdiriləcəkdirlər. GTS indeksinə malik olan daha güclü versiya isə, bir müddət sonra işıq üzü görəcəkdir. Yeni Targa əvvəl olduğu kimi çıxarılan yumşaq tavanla təchiz ediləcəkdir. Bununla yanaşı, avtomobil təkcə tam ötürmə ilə deyil, həm də arxa ötrümə ilə də təklif ediləcəkdir.
Ən maraqlısı odur ki, 911 Targa onlayn şəkildə təqdim edilən yeganə Porsche avtomobili olmayacaqdır. Porsche şirkəti 2 iyun tarixində 911 modelinin naməlum xüsusi versiyasını təqdim etməyə hazırlaşır. Bu model haqqında ilkin məlumat 26 may tarixində açıqlanacaqdır.